Sadır Japarov: “Qırğızıstanda Heydər Əliyevin adına məktəbin açılması münasibətlərimizdə əlamətdar hadisədir”

Tarix: 12-10-2022, 17:58 / Oxunub: 362
Sadır Japarov: “Qırğızıstanda Heydər Əliyevin adına məktəbin açılması münasibətlərimizdə əlamətdar hadisədir”



"Qırğızıstanda Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına məktəbin açılması ikitərəfli münasibətlərimizdə əlamətdar hadisədir. Bu, xalqlarımızın möhkəm dostluğuna, ölkələrimiz arasında əsası dünya miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

Qırğızıstan Prezidenti vurğulayıb ki, məktəbə Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmləşməyib. "Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insan olub”.

Axtarış
Xəbər lenti
Reklam