Abşeron rayon Məhəmmədi kənd Bələdiyyə sədri işinə qarşı məsuliyyətsizlik nümayiş etdirir

Tarix: 25-10-2022, 16:24 / Oxunub: 3334
 
 Abşeron rayon Məhəmmədi kənd Bələdiyyə sədri işinə qarşı məsuliyyətsizlik nümayiş etdirir
 
Bu gün bələdiyyələrin fəaliyyəti vətəndaşları razı salmır. 
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Abşeron rayon Məhəmmədi kəndində baş alıb gedən zibillik, antisanitariya haqqındadır.
Bələdiyyə Zibillərin daşınmasına biganə yanaşır, sakinlərin çoxsaylı şikayəti nəzərə alınmır. Sakinlər artıq bundan cana yığılıblar.
Bələdiyyə sədri Vasif müəllim isə oturduğu kreslonu bəyənmir. Hələ ifadəsində "mən burdan nə qazanıramki, oğlum qızım mənə pul verir" deyir. Tutduğu vəzifəni bəyənmir, elə bil kimsə bunu məcbur otuzdurub burda.
Bütün bunlar onu göstərir ki, Vasif müəllim ona tapşırılan işlərə qarşı laqeyd yanaşır, işinə qarşı məsuliyyətsizlik nümayiş etdirir. Ölkə başçısının ətraf qəsəbələrə diqqət və qayğısına baxmayaraq, sözügedən bələdiyyə sədri ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışır. Halbuki ölkə başçısı dəfələrlə keçirdiyi müşavirələrdə bütün məmurlara səslənir ki, vətəndaşlarla ünsiyyətdə olun, vətəndaşların problemləriylə maraqlanın.
Lakin o, sakinləriylə ünsiyyətdən qaçır.
Qəsəbənin problemləriylə maraqlanmır. Üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir. Bu da vətəndaşların haqlı narazılığına əsas yaradır. Təəssüf ki, bələdiyyə sədri Ümid edirik ki, bu yazıdan sonra əlaqədar dövlət qurumları Məhəmmədi bələdiyyəsinin fəaliyyətinə nəzarəti gücləndirib işində nöqsanlara yol verən şəxslərin barəsində cəza tədbiri həyata keçirəcəklər.
Vasif müəllim vəzifəyə gələndən bəri hansısa müsbət islahatıyla yadda qalmayıb.
Etibarlı mənbələrin verdiyi məlumata görə, Vasif müəllim bələdiyyəyə sədr seçiləndən bəri qəsəbədə heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib.
Ümid edirik ki, bu yazıdan və faktlardan sonra əlaqədar dövlət qurumları Məhəmmədi kənd bələdiyyəsinin fəaliyyətinə nəzarəti gücləndirib, işində nöqsanlara yol verən şəxslərin barəsində ciddi tədbir görəcəklər.
 
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Axtarış
Xəbər lenti
Reklam