Təhsilimiz günü-gündən inkişaf edir
Bu gün haqqında danışacağımız növbəti təhsil ocağı Bəhramtəpə qəsəbə tam orta məktəbdir. Məktəbin direktoru Ofelya xanımdır.
Məktəb General Kənan Seyidovun oxuduğu, təhsil aldığı həmin məktəbdir.
Ilk öncə nəzərinizə onu çatdırmaq istəyirik ki, Kənan Seyidov İkinci Qarabağ müharibəsi zamanı düşmənə qan udduran xüsusi təyinatlı qüvvələrin komandanlarından biri kimi şanlı döyüş yolu keçib. Ofelya xanımın rəhbərlik etdiyi təhsil ocağı, neçə-neçə belə igid, qəhrəman, vətəni canından çox sevən oğullar yetişdirib və yetişdirməkdə davam edir.
Ofelya xanım təhsil ocağının bütün sahələrində təmir-bərpa işləri aparılmaqla bərabər, yenidənqurma işlərini də başa çatdırmışdır. Ən əsası, müəllim şagird münasibətinin tələb olunan prinsiplərə uyğunlaşdırılması üçün, Ofelya xanım tərəfindən diqqət də gücləndirilmişdir.
Rəhbərlik başda olmaqla məktəb kollektivi rayonda şəhid və qazi ailələrinə həmişə dəstək olurlar. Maddi və mənəvi həmişə onların yanindadırlar. Məktəb direktoru məktəbdə nizam-intizama ciddi nəzarət edir. Mehriban, savadlı müəllim kollektivi yaratmışdır. Müəllimlər başda Ofelya xanım olmaqla gələcək nəslin təlim-tərbiyəsində, maarifləndirilməsində əllərindən gələni edirlər. Bu cür rəhbərlik və müəllimlər sayəsində təhsilimiz günü-gündən inkişaf edir, çiçəklənir.
Təhsilimizin inkişafı, onun keyfiyyət göstəricisi sabahkı cəmiyyətimizin əsas təminatıdır. Məhz, mərhum prezidentimiz Heydər Əliyev təhsili həmişə millətin gələcəyi hesab edərək demişdir: "Təhsil millətin gələcəyidir”.
Prezident İlham Əliyev tərəfindən, habelə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də uğurla davam etdirilir.
Sonda bizdə redaksiyamız və kollektivimiz adından Ofelya xanıma təşəkkürlərimizi bildirir, ona bu məsuliyyətli, çətin bir o qədər də şərəfli yolda uğur və müvəffəqiyyətlər arzu etdiyimizi bildiririk.
|
|
|























