Bakıda özəl ərazinin sahibi “tapılmır”: “20 Yanvar” stansiyasındakı piştaxtalar niyə yığışdırılmır?
Tarix: 24-11-2022, 20:21 / Oxunub: 351

Bir neçə gündür ki, "Bakı Metropoliteni” QSC-nin "20 Yanvar” stansiyasının çıxışlarından biri sosial şəbəkədə müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, metronun çıxışındakı keçidin sol tərəfində yerləşən satış vitrinlərinin özəl mülkiyyət olduğu, sərnişinlərin hərəkətinə ciddi maneə yaratdığı qeyd olunur.
Keçidlərin kifayət qədər dar olduğunu nəzərə alsaq, həmin çoxsaylı vitrinlərin hər birinin qarşısında insanların, sadəcə, bir neçə dəqiqə dayanması ciddi sıxlıq yaradır. Yadınızdadırsa, illər əvvəl bu problem gündəmə gəldi və aidiyyəti qurumlar tərəfindən metro stansiyalarının giriş-çıxışlarında, keçidlərdə olan piştaxtalar, köşk və vitrinlərin hamısı yığışdırıldı.
Lakin metronun "20 Yanvar” stansiyasında vəziyyət dəyişməz olaraq qalıb. Deyilənə görə, buradakı keçid özəl ərazidir. Amma kim tərəfindən, nə zamandan bəri, hansı şərtlərlə özəlləşdirilib - bunu bilən, ya da bilsə də, deyən yoxdur.
Sərnişinlər bununla bağlı ayrı-ayrı vaxtlarda aidiyyəti qurumlara müraciət etsələr də, ərazi özəl olduğundan heç kim cavabdehlik daşımayıb.
Mövzu ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən keçid icra hakimiyyətinin nəzarətində olmadığı üçün heç bir tədbir görülə bilməz.
"Bakı Metropoliteni” QSC-də də "20 Yanvar” metro stansiyasına bitişik keçidin aidiyyəti barədə sorğumuza baxılıb.
Qurumun sədr müavini Hidayət Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Cəfər Cabbarlı” və "20 Yanvar” stansiyalarına birləşən yeraltı keçidlər "Bakı Metropoliteni” QSC-nin balansında deyil:
"Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı Metropoliteninin bəzi məsələləri haqqında” 21.06.1999-cu il tarixli 100 nömrəli qərarının 2-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Metropoliteninin "Cəfər Cabbarlı” və "20 Yanvar” stansiyalarına birləşən yeraltı keçidlərin metropolitenin tabeçiliyinə qaytarılması və mövcud metro stansiyalarının ətrafında 40 metrə qədər ərazinin texniki sahə kimi Bakı Metropoliteninə ayrılması məqsədəuyğun hesab edilib. Nazirlər Kabinetinin 26.03.2001-ci il tarixli 069 nömrəli qərarına əsasən, yuxarıda qeyd olunan qərarın 2-ci bəndi qüvvədən düşüb”.
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
28-01-2023, 10:54

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək
28-01-2023, 10:48

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 48-ci günü
28-01-2023, 10:47

Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür
28-01-2023, 10:45

Terror yuvası İran - VİDEO
28-01-2023, 10:41

Putindən KRİTİK QƏRAR: Rusiya ərazisini yeni istiqamətdə genişləndirəcək
28-01-2023, 10:21

Xırdalanda su kəsiləcək
28-01-2023, 10:20

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək
28-01-2023, 10:17

Baydendən İrana XƏBƏRDARLIQ: "Hərbi yolla..."
26-01-2023, 15:04

Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
26-01-2023, 15:03

Kartof kəskin bahalaşdı - VİDEO
26-01-2023, 15:01

Vardanyanın axmaq tapıntısı: dronları Qarabağa göndərmək istəyirlər
26-01-2023, 15:00

Daşaltı əməliyyatından 31 il ötür
26-01-2023, 14:58

Prezident: “Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”
26-01-2023, 14:57

ABŞ Müharibə Araşdırmaları İnstitutu: “İranda qarşıdakı aylarda etirazların alovlanması gözlənilir”
26-01-2023, 14:56

Sabah hava çiskinli olacaq
26-01-2023, 14:54

Müəllimlərin maaşları nə zaman artacaq?
26-01-2023, 14:53

Erməni ordusunda yanğın hansı səbəbdən baş verib?
25-01-2023, 14:56

Professor xəbərdarlıq etdi: Yeni pandemiyaya hazırlaşın
25-01-2023, 14:52

ƏN BAHALI ÇƏRƏZ: ürəyi qoruyur, arterial təzyiqi azaldır
25-01-2023, 14:51

Pensiyaçılardan hər ay pul tutulacaq? - AÇIQLAMA/VİDEO
25-01-2023, 14:48

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?
25-01-2023, 14:46

Politoloq: “İllərlə Ermənistanı ayaqda saxlayan İran olub” - VİDEO
25-01-2023, 14:44

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…
25-01-2023, 14:43

Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi
25-01-2023, 14:42

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU
24-01-2023, 13:22

ABŞ İranın kəşfiyyat nazirinin müavini və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib
24-01-2023, 13:21

Berlin hava limanı fəaliyyətini dayandıracaq
24-01-2023, 13:19

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
24-01-2023, 13:18

Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır
24-01-2023, 13:16

Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir
24-01-2023, 13:14

İstanbulda erməni kilsəsi yandı: ölənlər və yaralananlar var
24-01-2023, 13:13

"Avropa faktiki olaraq müharibə vəziyyətindədir"
24-01-2023, 13:12

Bərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib
24-01-2023, 13:10

Bu həftə məktəblilərin qış tətili başlayır
Reklam

Ən çox oxunanlar