Kəlbəcərin azadlığa qovuşmasından iki il ötür
Tarix: 25-11-2022, 13:00 / Oxunub: 344

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
Publika.az xəbər verir ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımız ucaldılıb
İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkilib. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.
2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısı və birinci xanım rayonda təməlqoyma mərasimlərində, bir sıra tədbirlərdə iştirak ediblər.
Dövlət başçısı bu il iyunun 26-da da Kəlbəcərdə səfərdə olub və orada həyata keçirilən işlərlə tanış olub. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir.
Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
28-01-2023, 10:54

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək
28-01-2023, 10:48

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 48-ci günü
28-01-2023, 10:47

Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür
28-01-2023, 10:45

Terror yuvası İran - VİDEO
28-01-2023, 10:41

Putindən KRİTİK QƏRAR: Rusiya ərazisini yeni istiqamətdə genişləndirəcək
28-01-2023, 10:21

Xırdalanda su kəsiləcək
28-01-2023, 10:20

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək
28-01-2023, 10:17

Baydendən İrana XƏBƏRDARLIQ: "Hərbi yolla..."
26-01-2023, 15:04

Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
26-01-2023, 15:03

Kartof kəskin bahalaşdı - VİDEO
26-01-2023, 15:01

Vardanyanın axmaq tapıntısı: dronları Qarabağa göndərmək istəyirlər
26-01-2023, 15:00

Daşaltı əməliyyatından 31 il ötür
26-01-2023, 14:58

Prezident: “Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”
26-01-2023, 14:57

ABŞ Müharibə Araşdırmaları İnstitutu: “İranda qarşıdakı aylarda etirazların alovlanması gözlənilir”
26-01-2023, 14:56

Sabah hava çiskinli olacaq
26-01-2023, 14:54

Müəllimlərin maaşları nə zaman artacaq?
26-01-2023, 14:53

Erməni ordusunda yanğın hansı səbəbdən baş verib?
25-01-2023, 14:56

Professor xəbərdarlıq etdi: Yeni pandemiyaya hazırlaşın
25-01-2023, 14:52

ƏN BAHALI ÇƏRƏZ: ürəyi qoruyur, arterial təzyiqi azaldır
25-01-2023, 14:51

Pensiyaçılardan hər ay pul tutulacaq? - AÇIQLAMA/VİDEO
25-01-2023, 14:48

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?
25-01-2023, 14:46

Politoloq: “İllərlə Ermənistanı ayaqda saxlayan İran olub” - VİDEO
25-01-2023, 14:44

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…
25-01-2023, 14:43

Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi
25-01-2023, 14:42

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU
24-01-2023, 13:22

ABŞ İranın kəşfiyyat nazirinin müavini və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib
24-01-2023, 13:21

Berlin hava limanı fəaliyyətini dayandıracaq
24-01-2023, 13:19

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
24-01-2023, 13:18

Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır
24-01-2023, 13:16

Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir
24-01-2023, 13:14

İstanbulda erməni kilsəsi yandı: ölənlər və yaralananlar var
24-01-2023, 13:13

"Avropa faktiki olaraq müharibə vəziyyətindədir"
24-01-2023, 13:12

Bərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib
24-01-2023, 13:10

Bu həftə məktəblilərin qış tətili başlayır
Reklam

Ən çox oxunanlar