Qeyri-qanuni erməni silahlılarının Qarabağda kəşfiyyat aparan kvadrokopteri ələ keçirilib - FOTO

Tarix: 26-11-2022, 16:25 / Oxunub: 364
Qeyri-qanuni erməni silahlılarının Qarabağda kəşfiyyat aparan kvadrokopteri ələ keçirilib - FOTO
Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Axtarış
Xəbər lenti
Reklam