“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Tarix: 2-01-2023, 10:16 / Oxunub: 341
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır
"Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report”un əldə etdiyi məlumata görə, vinger "Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Superliqa təmsilçisi "Ankaragücü”nün heyətində çıxış edən Xese Rodrigez "Real Madrid”in yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı, PSJ, "Las Palmas”, "Stok Siti”, "Betis”, "Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı "Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.


Axtarış
Xəbər lenti
Reklam