Söz azadlığı və ya Fransada qiyamın növbəti dəfə “əzilməsi”: “Sarı jiletlilər” geri qayıdıblar
Tarix: 9-01-2023, 19:09 / Oxunub: 371

Fransada 2018-ci ilin payızında ortaya çıxan "sarı jiletlilər” hərəkatı iki illik susqunluqdan sonra koronavirusa yoluxma hallarının sayının artması bəhanəsi ilə yenidən Paris küçələrinə çıxmışdı. Bəs bu dəfə Fransa hökumətindən narazı xalqı dayandırmaq üçün nə gözləmək lazımdır?
"Report” xəbər verir ki, bu günlərdə "sarı jiletlilər” Parisdə inflyasiyanın artmasına və yaşayışın bahalaşmasına qarşı nümayişə çıxıblar. Nümayiş iştirakçılarından birinin sözlərinə görə, Fransada ölkənin yoxsul sakinləri üçün çox çətin vəziyyət hökm sürür. Onların müalicə almaq, elektrik enerjisi xərclərini ödəmək və keyfiyyətli ərzaq almaq imkanları yoxdur.
Oxşar iqtisadi problemlər 2018-ci ildə hərəkatın yaranmasına təkan vermişdi. Son illərin ən böyük üsyanlarından biri olan "sarı jiletlilər” hərəkatı yüksək yanacaq qiymətlərinə və əyalət yollarında sürət məhdudiyyətlərinə qarşı reaksiya idi. Etirazçıların şüarları tədricən hökumət əleyhinə şüarlara çevrildi - iqtisadi tələblər və yanacağın ucuzlaşması ilə yanaşı, fəallar Prezident Emmanuel Makronun istefasını da tələb edirdilər.
Öz növbəsində Emmanuel Makron da etirazları yatırmaq üçün köhnə üsula - zorakılığa əl atdı. RFI-nin məlumatına görə, polis zorakılığının görüntüləri bütün dünyaya yayıldı - hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdilər. Hərəkatın qeyri-rəsmi liderlərindən biri Jerom Rodriges gözünü itirdi.
Paris Administrasiyasının etirazlara "demokratik” münasibətini Fransanın keçmiş daxili işlər naziri Kristof Kastaner açıq şəkildə ifadə edərək nümayişçiləri "bədheybətlər” ilə müqayisə etmişdi. İnsan haqları, "azadlıq, bərabərlik, qardaşlıq” deyə ən yüksək səslə qışqıran ölkənin elementar hüquqlarını tələb edən öz xalqını belə gurultulu epitetlə mükafatlandırması gülməlidir.
Etirazçılar hökumətdən ciddi güzəştlər ala bildilər. Ancaq ən maraqlısı o idi ki, etirazlar 2020-ci ildə, bütün dünya pandemiya ilə mübarizə aparmağa başlayan zaman dayandı. Əlbəttə, lokdaunların bunda rolu oldu. Lakin Fransa hökumətinin təkcə pandemiyaya görə deyil, həm də etirazçıların fəaliyyətini məhdudlaşdırmaq üçün xüsusilə sərt məhdudiyyətlər tətbiq etdiyi deyilirdi.
ATƏT-in 2022-ci il üzrə "COVID-19 pandemiyasının dinc toplaşmaq azadlığına təsiri” adlı hesabatı da Fransa hökumətinin bu istiqamətdə müxtəlif addımlar atdığını açıq şəkildə nümayiş etdirir: "16 mart 2020-ci ildə Fransa hökuməti pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər, o cümlədən də toplaşmaq hüququ ilə bağlı məhdudiyyətlər tətbiq edib”. Dövlət Şurasının sayəsində bu sərt tədbirlər qeyri-mütənasib olduğuna görə ləğv edildi. Amma hökumət yenidən "vintləri bərkitməyin” yollarını tapdı.
Fransanın, həqiqətən də, pandemiyadan qəzəbli nümayişçilərin dalğasını dayandırmaq üçün bir vasitə kimi istifadə edib-etmədiyi məlum deyil. Bununla belə, Fransa prezidentinin 2022-ci ildə yenidən seçildiyini nəzərə alsaq, ölkədə yeni "koronavirus dalğaları”nın gözlənilməli olub-olmadığını, yoxsa bu dəfə xalqın öz hüquqlarından istifadə etməməsi üçün başqa tədbirlərin görülüb-görülməyəcəyini götür-qoy etmək lazım gəlir.
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Bu gün, 09:30

Laçın yolundakı aksiyanın 104-cü günü
23-03-2023, 15:28

Tovuzda məktəblilərlə narkomaniya mövzusunda görüş keçirilib - fotolar
23-03-2023, 13:00

Kahramanmaraşda daha iki zəlzələ olub
23-03-2023, 12:30

Manaf Ağayev həbs edilən oğlundan danışdı - “Bir səhv idi etmişdi”
23-03-2023, 12:00

Xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb
23-03-2023, 11:30

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
23-03-2023, 11:00

Hava ilə bağlı AÇIQLAMA
23-03-2023, 10:30

4 nəfər ölüb - DİN
23-03-2023, 10:00

Ramazan bayramı ilə bağlı neçə qeyri-iş günü olacaq? - TƏQVİM
23-03-2023, 09:30

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq
23-03-2023, 09:00

Azərbaycanda Ramazan ayı başlayıb
19-03-2023, 18:00

"Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır" - İlham Əliyev
19-03-2023, 17:30

Eldar Sultanov təqaüdə göndərildi
19-03-2023, 17:00

Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO
19-03-2023, 16:00

Prezident Rəhim Məmmədovu ordenlə təltif etdi
19-03-2023, 15:30

İlham Əliyev icra başçısını işdən AZAD ETDİ
19-03-2023, 15:00

Səbuhi Xanlarov HƏBSDƏN ÇIXDI: "Bir də "TikTok"a girməyəcəm"
19-03-2023, 14:30

Bakıda əməliyyat: “Kalaşnikov”la saxlanıldılar - VİDEO - FOTO
19-03-2023, 14:00

"Günümə 6000 manat verirdilər"
19-03-2023, 13:30

Qaz limitinin aradan qaldırılması təklif edildi
19-03-2023, 13:00

Türkiyədə “Supercell” fırtınası - anbaan VİDEO
19-03-2023, 12:30

57 yaşlı Xalq artisti idman etdiyi anları paylaşdı - FOTO
19-03-2023, 12:00

“Bacım dedi, bu oğlana ərə getməlisən” - FOTO
19-03-2023, 11:30

Cinsiyyət üzvlərinin qırmızı işıqla müalicəsi - Faydaları... - FOTO
19-03-2023, 11:00

Ali məktəblərimiz niyə beynəlxalq reytinq siyahısına düşə bilmir?
19-03-2023, 10:30

Güclü maqnit qasırğası xəbərdarlığı: Çox yaxında olacaq
19-03-2023, 09:30

Parisdə Makronun müqəvvası yandırıldı - VİDEO
17-03-2023, 12:30

“Polislə qazi arasında qalmaqal” adlı informasiya həqiqəti əks etdirmir
15-03-2023, 17:00

Ərdoğan Şavkat Mirziyoyevi qəbul edib
15-03-2023, 16:30

Narkotik çəkib maşın sürən şəxs tutuldu
15-03-2023, 16:00

Zelenski 3 nəfəri vəzifədən azad etdi
15-03-2023, 15:30

Parisdə etirazlar keçirilir
15-03-2023, 15:00

Deputatın 4 yaşlı oğlu “Ferrari” sürdü - VİDEO
15-03-2023, 14:30

"Anar mənim bu filmə çəkilməyimi istəmirdi” - VİDEO
15-03-2023, 14:00

Ərəblər qiyməti artırır: Messiyə 220 milyon təklif olunur
15-03-2023, 13:30

Namiq Abdullayev istefa verdi
Reklam

Ən çox oxunanlar