"Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü"
Tarix: 20-01-2023, 10:43 / Oxunub: 326
20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, tariximizin o qanlı, şanlı səhifəsi unudulmur, daim xatırlanır, yad edilir.
Publika.az "Report"a istinadla xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Cəfərovlar ailəsi də milyonlarla azərbaycanlı kimi o müdhiş gecəni unuda bilmir. Bakıdakı faciədən beş gün sonra həmin ssenari Neftçala rayonunda da təkrarlanıb.
Yanvar faciəsi şəhidi Əbülfəz Cəfərovun qardaşı Müşfiq Cəfərov deyir ki, ayın 25-də Bankə qəsəbəsində şəhidlərin yas mərasimi keçirilirmiş. Saat 16 radələrində qardaşı Əbülfəz də yas mərasiminə baş çəkib.
Axşam saat 19 radələrində sovet hərbçilərinin PDM-lərlə Neftçala şəhərində qırğınlar törətdiyini eşidir. O da hadisə yerinə yollanır. Azğınlaşmış hərbçilərin əliyalın, dinc sakinlərə divan tutduğunu görən Əbülfəz bu vəhşiliyə dözə bilmir, qana bulaşmış dinc insanların xilasına can atır.
"Tibb məntəqəsinə girən kimi görür həmyerlilərindən biri yaralıdır, qalıb yerdə. Yaralını sürüyə-sürüyə şam ağacının altına gətirir. Yenidən məntəqəyə qayıdır. Bu zaman sovet hərbçiləri məntəqəni mühasirəyə alır. Buna baxmayaraq, qardaşım məntəqənin arxa şüşəsini sındırır, adamların orda çıxmasına kömək edir. Sən demə, arxadan qaçanları hərbçilər avtomatın qundağı ilə vurub maşına atırlarmış”, - M.Cəfərov həmin günləri kədərlə xatırlayır.
Şəhidin qardaşının sözlərinə görə, Əbülfəz Cəfərovun həmyerlilərinə kömək etdiyini görən hərbçilər onu odlu silahdan açılan atəşlə yaralayıb, qol-qabırğasını sındıraraq avtomobilə atırlar.
Hərbçilər maşına doldurduqları 40 nəfərə yaxın yaralını Bankə qəsəbəsində yerləşən hərbi hissənin hamamına aparır. Ə.Cəfərova və yanındakılara qarşı vəhşilik orda da davam etdirilir.
"Qardaşımgili hamama aparandan sonra qəsəbədə səsləri eşidilməsin deyə, PDM-ləri işlək vəziyyətinə gətirir, onlara insanlığa sığmayan işgəncə verirlər. Əbülfəz nişanlı idi. Qardaşımın nişan üzüyünü görən hərbçilərdən biri süngü ilə onun barmağını kəsərək, üzüyü çıxarıb. Sonra yaxın məsafədən ona avtomatdan daha 6 dəfə atəş açır. 13 güllə yarası alan Əbülfəz şəhid olur”, - Müşfiq Cəfərov kədərli halda danışır.
Qeyd edək ki, Yanvar hadisələri zamanı gecə saatlarında Neftçalada 26 yaşlı Əbülfəz Cəfərovla yanaşı, Nurəddin Ağahüseynov, Şəmsəddin Orucov da şəhidlik zirvəsinə ucalıb, daha 9 nəfər isə əlil olub.
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
28-01-2023, 10:54

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək
28-01-2023, 10:48

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 48-ci günü
28-01-2023, 10:47

Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür
28-01-2023, 10:45

Terror yuvası İran - VİDEO
28-01-2023, 10:41

Putindən KRİTİK QƏRAR: Rusiya ərazisini yeni istiqamətdə genişləndirəcək
28-01-2023, 10:21

Xırdalanda su kəsiləcək
28-01-2023, 10:20

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək
28-01-2023, 10:17

Baydendən İrana XƏBƏRDARLIQ: "Hərbi yolla..."
26-01-2023, 15:04

Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
26-01-2023, 15:03

Kartof kəskin bahalaşdı - VİDEO
26-01-2023, 15:01

Vardanyanın axmaq tapıntısı: dronları Qarabağa göndərmək istəyirlər
26-01-2023, 15:00

Daşaltı əməliyyatından 31 il ötür
26-01-2023, 14:58

Prezident: “Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir”
26-01-2023, 14:57

ABŞ Müharibə Araşdırmaları İnstitutu: “İranda qarşıdakı aylarda etirazların alovlanması gözlənilir”
26-01-2023, 14:56

Sabah hava çiskinli olacaq
26-01-2023, 14:54

Müəllimlərin maaşları nə zaman artacaq?
26-01-2023, 14:53

Erməni ordusunda yanğın hansı səbəbdən baş verib?
25-01-2023, 14:56

Professor xəbərdarlıq etdi: Yeni pandemiyaya hazırlaşın
25-01-2023, 14:52

ƏN BAHALI ÇƏRƏZ: ürəyi qoruyur, arterial təzyiqi azaldır
25-01-2023, 14:51

Pensiyaçılardan hər ay pul tutulacaq? - AÇIQLAMA/VİDEO
25-01-2023, 14:48

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?
25-01-2023, 14:46

Politoloq: “İllərlə Ermənistanı ayaqda saxlayan İran olub” - VİDEO
25-01-2023, 14:44

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…
25-01-2023, 14:43

Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi
25-01-2023, 14:42

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU
24-01-2023, 13:22

ABŞ İranın kəşfiyyat nazirinin müavini və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib
24-01-2023, 13:21

Berlin hava limanı fəaliyyətini dayandıracaq
24-01-2023, 13:19

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
24-01-2023, 13:18

Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır
24-01-2023, 13:16

Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir
24-01-2023, 13:14

İstanbulda erməni kilsəsi yandı: ölənlər və yaralananlar var
24-01-2023, 13:13

"Avropa faktiki olaraq müharibə vəziyyətindədir"
24-01-2023, 13:12

Bərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib
24-01-2023, 13:10

Bu həftə məktəblilərin qış tətili başlayır
Reklam

Ən çox oxunanlar