Şəmkir Rayon Kür Qəsəbəsi Ərazisində Ağacların Soyqırımı- VİDEO
Bu gün gündəmimizin əsas mövzularından biri günü-gündən artan ağac kəsilməsidir.
Bir neçə gün əvvəl Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayonunun Kür qəsəbəsi deyilən ərazisində ağaclar kütləvi surətdə məhv olur, qırılır. Qısacası bu ağacların kütləvi şəkildə soyqırımı adlanır.
Insan nə qədər qəddar ola bilərki təmiz havanı bizə bəxş edən meşələri, ağacları bu günə qoya.
Bəs görəsən ağaclara qənim kəsilən bu şəxslərin məqsədi nədir. Və yaxud başqa bir sual. Kimə arxayın olub bu əməli rahatlıqla yerinə yetirir. Bəlkə də onlara da bu tapşırıq başqaları tərəfindən verilmişdir.
qaynar-xett.az xəbər portalı olaraq hadisə yerində araşdırma apardıq. Əlimizdə olan faktlarla belə qənaətə gəldik ki, bu cür vəhşilikləri törədən şəxslərin qarşısını alan yoxdur.
Hara baxır bəs görəsən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev? Həmçinin Tovuz Regional Ekologiya Idarəsinin rəisi Yaşar müəllim? Yəni bu baş verənlərdən xəbəri yoxdurmu? Əslində dəfələrlə bu ağacların kəsilməsinlə bağlı Yaşar müəllimə xəbər vermişik, amma Yaşar müəllim bizə yalandan deyir ki, sənədləsdirib Kür polis bölməsinə məlumat vermişik. Ancaq polisdən də bizə məlumat verildi ki, bizim xəbərimiz yoxdur. Bu günə qədər bizə ekologiyadan ağacların kəsilməsinlə bağlı heç bir məlumat verməyib. Onda belə çıxır ki, Tovuz ekologiyanın rəisi Yaşar müəllimin bu məsələdə əli və xəbəri var.
Yoxsa xəbərləri var, sadəcə özləri görməməzlikdən gəlirlər. Aidiyyatı qurumlardan məsələ ilə bağlı ciddi tədbir görülməsini xahiş edirik. Bu cür icazəsiz, heç bir səbəb və məqsədi olmadan ağaclara ziyan verən insanlar zamanında və yerində layiqincə cəzalandırılmalıdırlar.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..




























