“Polislə qazi arasında qalmaqal” adlı informasiya həqiqəti əks etdirmir

Tarix: 17-03-2023, 12:30 / Oxunub: 3170

 

 

 

Hörmətli oxucular!

"qaynar-xett.az” Azərbaycan xəbər portalı olaraq qeyd etmək istəyirik ki, mətbuatda dərc edilən "Polislə qazi arasında qalmaqal” adlı informasiyanın yayılması bizi olduqca sarsıtdı.

Belə ki, sözügedən informasiyada dəmir tullantıların satışı ilə məşğul olan qazinin guya polislər tərəfindən incidildiyi, hətta rüşvət tələbi əks olunub.

Birmənalı şəkildə bu iddianı təkzib edir və bunun polis-polkovnik leytenant, əməliyyat işləri üzrə rəis müavini Anar Xəlilov və Narkomaniyanin rəisi polis kapitanı Emin Cavadova qarşı düşünülmüs qərəz olduğunu qeyd edirik.

Axı, necə olar bilər ki, korrupsiya qarşı mübarizə aparılan bir dövlətdə hansı rüşvətdən söhbət gedə bilər? Ən azından 2-ci qrup əlildən polisin pul tələb etməsi həqiqətə uyğun deyil.

Qazilərə hörmətimiz sonsuzdur, amma qanun hamı üçün eynidir, şüarını da unutmayaq. Qazi əldə etdiyi dəmirləri oğurluq yolu ilə tutduğu halda, polisin onu bu işi dayandırması tələbinə, ayrı don geydirib, hamını inandırmaq istəyi özü yolverilməzdir.

Mövzunu diqqətimizdə saxlayacağıq.

Qaynar-xett.az



Axtarış
Xəbər lenti
Reklam