İxtiyar Seyfullayev öz sadəliyi ilə seçilən vəzifə sahibidir - foto
Azərbaycanın dilbər guşələrindən olan Masallının bu günü haqqında yazı hazırlamaq üçün rayon icra hakimiyyətindən, digər strukturlardan arayışlar almağa, rəqəmlər, faktlar götürməyə ehtiyac qalmır. Şəhərə və ətraf kəndlərə baş çəkmək kifayətdir ki, burdakı inkişaf, bugünkü durumu haqqında təsəvvürün olsun.
... Meşəliklər qoynunda yerləşən bu rayon son 4-5 ildə çox dəyişib. Yaşayış, ictimai, inzibati binaların fasadından tutmuş, küçə və səkilərə, park və xiyabanlara, yollara kimi tamamilə yenidən qurulub. Özü də hərəsi bir rəngdə, bir görkəmdə, zövqlə, səliqə-sahmanla.
Rayonda əhalinin sosial problemlərinin, o cümlədən elektrik enerjisi, qaz, su, rabitə xidmətlərinin yaxşılaşdırılması üçün kompleks tədbirlər işlənib həyata keçirilmişdir. Heç vaxt təbii qazı olmayan kəndlərə yeni qaz xətlərinin çəkilişi xəbəri əhali tərəfindən çox böyük razılıqla qarşılanmışdır. Rayon qaz-istismar idarəsinin rəisi Seyfullayev İxtiyar Hökuməli oğlu tərəfindən maddi-texniki baza xeyli möhkəmləndirilmiş, idarənin inzibati binası əsaslı təmir olunmuş, müvafiq avadanlıqla təchiz edilmişdir. İxtiyar müəllimin əzmi sayəsində burada görülən işlərlə arxayınlaşmırlar. Hər gün, hər saat işlər təhlil olunur, perspektiv vəzifələr müəyyənləşdirilir, onların həlli yolları göstərilir.
Lənkəran
Regional Qaz istismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi İxtiyar
Seyfullayev öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir.
Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, İxtiyar müəllim
hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü
üçün əsas amal hesab edir. Qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq
duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs,
bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Bu şəxs yaradıcı və qurucu şəxsdir, xarakter
etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Dosta-tanışa
qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirməsi,
müqəddəs amallar uğrunda yorulmadan çalışması, onun kamil bir şəxs olaraq
formalaşmasına təsir edən əsas səbəblərdir.
Hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa-Millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin islahatlarına sədaqətlə xidmət etmişdir. İşinin öhdəsindən layiqincə gələn İxtiyar müəllim həm rəhbərliyin, həm də rəhbərlik etdiyi kollektivin rəğbətini qazanıb. Hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur.
İxtiyar müəllimi 2023-cü il "Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edir, uzun müddət qüsursuz xidmətlərinə və mətbuatda oxucu marağına görə "Qaynar-xett.az" Azərbaycan xəbər portalının fəxri diplomu ilə təltif edərək, çətin və şərəfli vəzifəsində özü başda olmaqla, bütün kollektivinə ancaq və ancaq uğurlar arzulayırıq.
|
|
|























