6 №-li Yol İstismarı MMC-nin fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir

Tarix: 11-05-2023, 12:00 / Oxunub: 3181

6 №-li Yol İstismarı MMC-nin fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir

 

 

 

 Hörmətli oxucular!

Redaksiyamız hər zaman dövlət başçımızın etimadını yüksək səviyyədə doğruldan məmurlar haqqında sizlərə məlumat verir.
Aparılan müşahidələr göstərir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri (AAYDA) Saleh Məmmədov ona olan ümidləri doğruldur. Müşahidələr onu da göstərir ki, ölkə başçısının da ciddi nəzarətində olan bu sahədəki irəliləyişlər yollarla bağlı hakimiyyətə olan tənqidlərin azalmasına səbəb olub. 
Bu dəfə AAYDA-nın 6 №-li Yol İstismarı MMC-nin direktoru Zülfüqar Xəlilov haqqında söz açmaq istəyirik.
Məlumdur ki, Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində cari ilin ilk 3 ayı ərzində də yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib.
Son 15 ildə ölkədə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub.
Şübhə etmirik ki, Zülfüqar Xəlilovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti hələ uzun illər 6 №-li Yol İstismarı MMC bölgələrimizdə yolların müasir standartlar səviyyəsində yenidən qurulması işinə, eləcə də yerli iqtisadiyyatın inkişafına yeni böyük töhfələr verməsini təmin edəcəkdir.
2023-cü il "Heydər Əliyev” ili münasibətilə başda Zülfüqar müəllim olmaqla, 6 №-li Yol İstismarı MMC-nin bütün kollektivini səmimi qəlbdən təbrik edir, çətin, amma bir o qədər də layiqli peşələrində uğurlar diləyirik.
 



Axtarış
Xəbər lenti
Reklam