23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 23 may 2001”"ci il tarixli Sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Hər il ölkəmizdə 23 may günü, Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində
imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin
peşə bayramı kimi qeyd olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işləri davam edir. Bu da müstəqil Azərbaycan Dövlətinin qüdrətlənməsində, hər bir Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsində özünü göstərəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
kollektivi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin
mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini hörmətli
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək
üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin
sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər
edəcəkdir.
Biz də öz növbəmizdə başda cənab nazir Muxtar Babayev olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Gününüz mübarək olsun!



































