Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

Tarix: 24-05-2023, 15:30 / Oxunub: 320


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,35 % artaraq 79,76 ABŞ dolları təşkil edib. Bu barədə Oxu24.com-a neft bazarındakı mənbə məlumat verib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Axtarış
Xəbər lenti
Reklam