ŞOK! Vanqanın bu il üçün dediyi hansı təhlükəli hadisə gözlənilir?

Tarix: 8-06-2023, 12:00 / Oxunub: 3106


Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyanı soyuducu su ilə təmin edən Xerson bölgəsindəki Nova Kaxovka bəndinə edilən hücumdan və bəndin dağılmasından sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

Bu, Balkanların Nostradamusu kimi tanınan Baba Vanqanın 2023-cü il üçün "Böyük elektrik stansiyasında partlayış baş verə bilər” proqnozunu yada saldı.

Covid-19 epidemiyası, 11 sentyabr hücumları, Şahzadə Diananın ölümü və ölməzdən əvvəl Çernobıl fəlakəti kimi hadisələrlə bağlı açıqlamalar verən Baba Vanqa 2023-cü il üçün nüvə fəlakəti də proqnozlaşdırıb.


O, nüvə partlayışının ola biləcəyini proqnozlaşdırıb

1996-cı ildə 75 yaşında vəfat edən Bolqarıstan peyğəmbəri Baba Vanqanın keçmiş açıqlamalarını araşdıran mütəxəssislər məşhur kahin 2023-cü ildə böyük bir atom elektrik stansiyasında partlayacağını bildiriblər.

İndiyə qədər söylədiyi hər şey gerçəkləşdi! Baba Vanqanın 2023-cü il peyğəmbərliyi də reallaşırmı?

Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində dünən kritik bir hadisə yaşandı və Ukraynanın cənubundakı Xerson bölgəsindəki əsas bəndlərdən biri olan Nova Kaxovka bəndinə hücum edildi. Bölgədəki suyun səviyyəsi qeyri-adi həddə çatdığı üçün bənd Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya üçün soyuducu su verirdi. Bənd dağıldıqdan sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

1999-cu ilin avqustunda Baba Vanqanın "Kursk suda qalacaq və bütün dünya ağlayacaq” bəyanatlarından az sonra Rusiyanın "Kursk” nüvə sualtı qayığı batmışdı.

Tərcümə: Aynurə Məcidova



Axtarış
Xəbər lenti
Reklam