Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür
Tarix: 20-08-2023, 12:32 / Oxunub: 343

Bu gün Azərbaycan muğam sənətinin "Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 122 il ötür.
Xan Şuşinski 20 avqust 1901-ci ildə Şuşada anadan olub. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi var.
16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski” adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.
Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olub. Əbülhəsən xan vallarından birində "Hümayun” muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırıb.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olub. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağda konsertlər verib.
Xanın repertuarında "Mahnur-Hindi”, "Bayatı-Qacar”, "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi”, "Arazbarı”, "Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirib. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilib. Bundan sonrakı illərdə böyük məşhurluğa sahiblənib, bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olub. Həmçinin, Səməd Vurğunun "Azərbaycan” poemasında da adı keçib.
1934-cü ildə Xan Şuşinski Tbilisi şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.
1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq görülüb. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildəMəhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edib. Bu səfər zamanı Tehran da daxil olmaqla, dörd şəhərdə konsert verib.
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası” yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim”, "Şuşanın dağları” mahnıları dillər əzbəri olub.
Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qara göz”ü dinləməkdən zövq alıb.
Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.
Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
|
|
|
|
Axtarış
Xəbər lenti
Bu gün, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Bu gün, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Bu gün, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu gün, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
22-09-2023, 08:53

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır
21-09-2023, 20:45

İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs ekologiyanın qorxulu kabusuna çevrilib
21-09-2023, 09:16

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO
21-09-2023, 09:15

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”
21-09-2023, 09:13

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO
21-09-2023, 09:12

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib
21-09-2023, 09:11

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…
21-09-2023, 09:10

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”
21-09-2023, 09:08

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”
21-09-2023, 09:07

Ermənistanda onlarla gənc həbs olundu
Reklam
