Şəki rayon, Biləcik kənd ərazisində qanunsuz kömür istehsal edən şəxs kimdir? Şəki Regional Ekologiya idarəsinin rəisi Akif müəllim hara baxır?

Tarix: 30-08-2023, 15:00 / Oxunub: 3353
 Şəki rayon, Biləcik kənd ərazisində qanunsuz kömür istehsal edən şəxs kimdir? Şəki Regional Ekologiya idarəsinin rəisi Akif müəllim hara baxır?
 
 
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəki rayon, Biləcik kənd ərazisində olan meşələr məhv edilir, ağaclar qırılır. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində aydın oldu şikayət həqiqətən əsaslı imiş. Sözügedən ərazidə ağac soyqırımı davam edir. Insan nə qədər qəddar ola bilər ki, təmiz havanı bizə bəxş edən ağacları, meşələri bu günə qoya. Ağacları kökündən çıxarıblar. Əksər hissəsini isə kəsib doğrayıblar.
 
İnsanlara təmiz hava bəxş edən meşəliyin ağacları kəsilir. Bu özbaşnalığı edən şəxsi görəsən kim himayə edir? Onlara bu tapşırıqları rahat şəkildə icra etməyi kim göstəriş verir?
 
 
Bu qanunsuz işlə məşğul olan insanlar əsasən meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların mebel və parketə yararsız hissəsi isə əhaliyə odun kimi satılır. Bununlada bu cür vicdansız insanlar yalnız və yalnız öz ciblərini düşünərək hərəkət edirlər. Onu da qeyd etmək istəyirik ki, kömür düzəltmək kantraban işidir. Bunun arxasında kimlər durur çox maraqlıdır.
 
 
Artıq hər birimizə məlumdur ki, "meşə soyqırımı” ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılsalar da, heç bir tədbir həyata keçirmirlər. Maraqlısı budur ki, Şəki Regional Ekologiya idarəsinin rəisi Akif müəllim yazının və çəkilişin yayıma gedəcəyini bildikdən sonra əl-ayağa düşüb, sözügedən ərazinin ünvanını axtarır. Həmin əraziyə baxan ekologiya işçisinin bütün bu qanunsuzluqlardan xəbəri var. Ya rəisdən gizlədir, ya da rəis özü də bilir ama özünü bilməməzliyə vurur.
 
Ay Akif müəllim tutaq ki, cərimələdin. Adama deyərlər indiyə kimi niyə bir tədbir görmürdün? İndi niyə düşmüsən əl-ayağa? Əziz Muxtar Babayev sizindəmi xəbəriniz yoxdu? Burdan belə nəticəyə gəlmək olar ki, Ekologiya və Təbii Sərvətlər Nazirimiz həmçinin nazirliyin əməkdaşları işlərinə laqeyd yanaşırlar. Amma dövlətin onlar üçün ayırdığı maaşı rahatlıqla yeyə bilirlər.
 
Ətraf mühitin qorunmasına görə daim islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Təbiətə zərrə qədər xeyri dəyməyən insanlar onun məhv olması üçün əllərindən gələni edirlər. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.Ekologiyamız günü-gündən məhv olur, uçuruma gedir. Buna bir dur deyən olacaqmı? Yazıb xahiş edirik ki, Şəki rayon, Biləcik kənd ərazisində meşə soyqırımı araşdırılsın, bu işi icra edənlər barəsində ciddi bir tədbir görülsün.
 
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
 
 


Axtarış
Xəbər lenti
Reklam