Paşinyan Rusiyaya qarşı cəbhə açdı: Ermənistanı kim qoruyacaq?
Tarix: 14-09-2023, 09:22 / Oxunub: 318

Nikol Paşinyanın "Ermənistan artıq özünü qorumaq üçün Rusiyaya arxalana bilməz” sözləri Moskva-İrəvan xəttində hər iki ölkə liderinin daha öncəki açıqlamalarında gizlətməyə çalışdıqları qarşıdurmanın ritorik yox, real olduğunu göstərdi. Nikol Rusiyadan xilas olmaq istədiklərini açıq şəkildə elan edir.
Və məsələnin heç də erməni baş nazirin qeyd etdiyi kimi, "Ukrayna müharibəsi nəticəsində Rusiya imkanlarının zəifləməsi”ndən və İrəvanın fürsətdən istifadə etməsindən ibarət olduğu inandırıcı görünmür. Çünki Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə təsir edə biləcək imkanları hələ də mövcuddur.
Maraqlıdır, Paşinyan Rusiyaya qarşı niyə cəbhə açır?
Burada birdən çox versiya ön plana çıxır:
- Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir;
- Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın iradəsindən kənar qərar verilib: Rusiya və Türkiyənin regional məsələləri aktivləşdirməsi, İranın müəyyən yumşalmalarının olması və s. bölgədə yeni və daha böyük proseslərin ola biləcəyi gözləntisini artırır;
- Qərb Rusiyaya qarşı "ikinci cəbhəni” Gürcüstan üzərindən açmağa nail ola bilmədikdən sonra bu planını Ermənistan üzərindən aktivləşdirir və bunun qarşılığında İrəvana vədlər verilib;
Hər üç versiya mümkün görünür. Hərçənd, Rusiyaya qarşı cəbhə açan Ermənistanı hansı ölkənin qoruyacağı da sual altındadır. Çünki bu prosesin bir hissəsi Türkiyə və Azərbaycana da toxunduğu üçün ABŞ bunu nəzərə almaq məcburiyyətindədir, digər tərəfdən, Vaşinqton Cənubi Qafqaza bütövlükdə baxır və Rusiyanın bölgədə tam zəifləmədiyi müddətdə cəbhəni Ermənistan üzərindən açmaq bu ölkəni risk altına ata bilər. İrəvanın Qərbdə üz tutacağı qapılardan biri Fransadır, hərçənd, rəsmi Parisin bölgədə praktiki imkanları zəifdir. İran Ermənistanda Rusiyanın boşalan yerini tutmaqda maraqlıdır, buna çalışır da, amma bu cəhdlər Rusiya, Türkiyə və Azərbaycanla qarşıdurma vəd edir.
Ermənistanı "şamanların” da xilas edə bilməyəcəyini nəzərə alsaq, Nikolun son revanşının ağır nəticələrinin olacağı məlumdur.
|
|
|
|
Axtarış
Xəbər lenti
Bu gün, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Bu gün, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Bu gün, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu gün, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
22-09-2023, 08:53

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır
21-09-2023, 20:45

İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs ekologiyanın qorxulu kabusuna çevrilib
21-09-2023, 09:16

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO
21-09-2023, 09:15

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”
21-09-2023, 09:13

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO
21-09-2023, 09:12

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib
21-09-2023, 09:11

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…
21-09-2023, 09:10

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”
21-09-2023, 09:08

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”
21-09-2023, 09:07

Ermənistanda onlarla gənc həbs olundu
Reklam
