Xınalıq yolunda betonqarışdıran maşın aşdı

Tarix: 15-11-2023, 14:30 / Oxunub: 373
Xınalıq yolunda betonqarışdıran maşın aşdı


Qubada betonqarışdıran maşın aşıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunda baş verib.

Hadisədən sonra bir müddət yolda nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında Xınalıq yolunun 22-ci kilometrliyində baş verib:

"Betonqarışdıran maşın aşıb. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Hazırda sözügedən yolda nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət yoxdur”.

Axtarış
Xəbər lenti
Reklam