Ermənistandakı Aİ missiyası Azərbaycana hansı məlumatları ötürür? - Balasanyandan şok iddia
Tarix: 16-11-2023, 09:39 / Oxunub: 346

Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirak etməmək qərarı ölkə üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu "Sputnik Ermənistan”a açıqlamasında beynəlxalq politoloq Qriqor Balasanyan deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı. Parlamentdə Paşinyan bildirib ki, İrəvan KTMT-dən çıxmaq üçün heç bir zəmin hazırlamır, əksinə, özünə və bloka "düşünməyə vaxt” verir.
"Aydındır ki, KTMT sammitində iştirakdan imtina təşkilata qarşı kin deyil, Avropa rəsmilərinə sədaqət sınağından keçmək cəhdidir. İrəvan sübut etmək istəyir ki, o, Rusiyaya müqavimət göstərə bilər və ya KTMT-ni tərk etmək üçün hərəkətə keçə bilər. Hökumət rəsmiləri bunu inkar etsə də, onların hərəkətləri bunun əksini göstərir”, - ekspert bildirib.
Onun fikrincə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Paşinyanın KTMT sammitinə getməmək qərarına sakit reaksiyası təşkilatın bunu gözlədiyini göstərir. Balasanyan əmindir ki, elə bir məqam gələ bilər ki, Ermənistan artıq KTMT çərçivəsində tədbirlərə dəvət edilməyəcək və bütün ölkələr, o cümlədən qeyri-dost ölkələr üçün İrəvanın müttəfiqlərinin olmadığı aşkar olacaq.
"Bunun fəlakətli nəticələri olacaq. Partlayıcı bölgədə müttəfiqsiz qala bilməzsən və bunu nümayişkaranə şəkildə edə bilməzsən. İndi nümayişkaranə addımların vaxtı deyil", - o deyib.
Balasanyan həmçinin hesab edir ki, İrəvan artıq öz səmərəsizliyini nümayiş etdirmiş avropalı müşahidəçilərə arxalana bilməz. Üstəlik, onlar Azərbaycan silahlı qüvvələrinə Ermənistanın hərbi texnikasının hərəkəti və onun miqdarı barədə məlumat ötürürlər. Aİ-nin missiyanın tərkibini artırmaq qərarına gəlincə, ekspertin fikrincə, bu, sərhədlərdə təhlükəsizlik səviyyəsinin artmasına səbəb olmayacaq.
"Ermənistan ərazisində ancaq daha çox azərbaycanlı informator olacaq, bu, heç də ölkəmizin maraqlarına uyğun deyil”, - politoloq əmindir.
O, Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin Avropa İttifaqının Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı çox ayıq olması barədə bəyanatını qəbuledilməz adlandırıb. Balasanyanın fikrincə, Ermənistan rəsmiləri susmamalı, ölkənin daxili işlərinə qarışmamağı tələb etməlidirlər.
"Qərbə verilən icazə Rusiyaya verilmir. Amma İrəvan unutmamalıdır ki, hərbi-siyasi əməkdaşlıq haqqında sazişlər Aİ ilə deyil, Rusiya Federasiyası ilə imzalanıb. Həmçinin yadda saxlamaq lazımdır ki, Aİ-nin Ermənistan qarşısında heç bir öhdəliyi yoxdur", - politoloq deyib.
Balasanyan əmindir ki, Ermənistan hakimiyyəti təhlükəsizlik sistemləri ilə bağlı pərdəarxası danışıqlar aparır, bu faktı Moskvadan gizlətməyə çalışır. Bununla yanaşı, ekspert hesab edir ki, geosiyasi vektor dəyişsə belə, açıq davranmaq, problemləri müttəfiqlərə izah etmək və həll yollarını axtarmaq lazımdır.
"Kiçik ölkələr hiyləgər olmaq və müttəfiqlərinin arxasında oynamaq lüksünü ödəyə bilməz", - o bildirib.
Qeyd edək ki, Xarici İşlər Şurasının Avropa İttifaqının xarici işlər nazirlərinin iştirakı ilə keçirilən iclasından sonra Aİ diplomatiyasının rəhbəri Josep Borrel Aİ-nin Ermənistanda müşahidəçi missiyasının gücləndirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Regional sabitlik mövzusuna toxunan avropalı rəsmi vurğulayıb ki, "biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı çox ayıq olmalıyıq: həm daxili, həm də xarici”.
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar