Ermənilərin Xankəndidə əmlakı qanunidirmi? - Mühüm
Tarix: 16-11-2023, 09:43 / Oxunub: 337

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus heç nə yoxdur. Nə torpaq, nə də ev onların mülkiyyəti hesab olunur.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a vəkil Əkrəm Həsənov Qarabağdan köçən ermənilərin mülkiyyət hüquqlarından danışarkən deyib.
Onun sözlərinə görə, ermənilərin vaxtı ilə Qarabağda sahib olduğu bu əmlaklar müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə edilmədiyi üçün mülkiyyət hüquqları tanınmır:
"Ermənilər torpaq mülkiyyətinə malik deyillər. Çünki SSRİ dövründə torpağa mülkiyyət hüququ, ümumiyyətlə, yox idi. Torpağa mülkiyyət hüququ müstəqillik dövründə verilib. Deməli, heç bir erməni iddia edə bilməz ki, hansısa torpaq sahəsini alıb. Yalnız kimsə SSRİ-dən qalma sənədlə Xankəndi kimi şəhərdə mənzil sahibi olubsa və bunu sübut edə bilsə, onun mülkiyyət hüququ tanınacaq. Amma ehtimal etmirəm ki, belələri çoxdur. Onlar yəqin ki, bu sənədləri çoxdan tullayıblar. Əvəzində əllərində qondarma qurumun sənədləri var. Onu da biz heç bir beynəlxalq hüquqa görə tanımalı deyilik. Vətəndaşımız olmayan erməni SSRİ-dən qalma sənədlə mənzilə sahib olubsa, onun mülkiyyət hüququnu tanımalıyıq. Azərbaycanda çox insan var ki, vətəndaşımız deyil, başqa ölkənin nümayəndəsidir, lakin burada evi var”.
Vəkilin sözlərinə görə, ermənilər illər sonra istədiyi vaxt geri dönüb, vətəndaşlıq tələb edə bilməz:
"Onları heç bir halda Azərbaycan vətəndaşı kimi tanımaq öhdəliyimiz yoxdur. Yəni ermənilər digər millətlər kimi Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilər. Amma vətəndaşlıqla bağlı qərar Azərbaycanın özünün səlahiyyətindədir. Kimə istəsə verəcək, kimə istəməsə yox. Hətta Gürcüstanda, yaxud digər bölgədə yaşayan azərbaycanlılara vətəndaşlıq vermirik. Elə isə niyə ermənilərə vətəndaşlıq verməliyik? Yəni verməyə də bilərik. Xüsusən də bizim ərazini öz istəkləri ilə tərk ediblərsə, bizim onlara vətəndaşlıq vermək öhdəliyimiz yoxdur. İndi bu məsələ siyasidir. Vətəndaşlıq verilsə də, bu, siyasi qərarla olacaq. Beynəlxalq hüquq isə bunu bizə məcbur etmir və zorla kiməsə vətəndaşlıq verməyimiz tələb oluna bilməz. Xüsusilə üstündən müddət keçəndən sonra kimsə gəlib vətəndaşlıq tələb edə bilməz. Nəzərə alın ki, onların çoxu Ermənistan vətəndaşıdır, əksəriyyətində Ermənistanın ümumvətəndaşlıq pasportu var. Çünki onlar bu pasportlarla xaricə səfər edirdilər”.
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar