ABŞ simasızlığının təcəssümü - Separatizmi ayaqda tutan milyonlar
Tarix: 18-11-2023, 16:24 / Oxunub: 332

Bir günlük antiterror tədbirlərindən sonra ABŞ-nin Azərbaycana qarşı təzyiq kampaniyası yeni mərhələyə keçib. Konqresdəki son dinləmələrdə çıxış edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn ölkəmizlə bağlı əsassız, qərəzli fikirlər səsləndirməklə Vaşinqtonun növbəti riyakarlığını ortaya qoyub. Bu dinləmələrin keçirilməsinə ən böyük dəstəyi ABŞ-dəki erməni lobbisi verib. Məlum dinləmələr və ölkəmizə qarşı yönələn qərarların qəbulu ilə bağlı rəsmi Bakının cavab addımları özünü çox gözlətməyib. Azərbaycan noyabrın 20-də keçirilməsi planlaşdırılan Vaşinqton görüşündən imtina edib, ABŞ rəsmilərinin ölkəmizə səfərləri təxirə salınıb. Vaşinqtona məlum bəyanatların ikitərəfli münasibətlərə ciddi zərbə vura biləcəyinə dair xəbərdarlıq ünvanlanıb.
Erməni himayədarlarının yırtılan maskaları
ABŞ və Fransanın timsalında bu gün yaşadığımız və vaxtilə işğal faktına münasibətdə üzləşdiyimiz ikili standartların varlığı Bakını son anda ərazi bütövlüyünün bərpası məsələsində təşəbbüsü öz üzərinə götürməyə vadar edib. Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücünə arxalanaraq təmin etməsi vaxtilə ATƏT-in Minsk qrupu qılafına bürünən erməni himayədarlarının maskalarını da yırtıb. "Sülh göyərçini”, "demokratiya carçısı”, "münaqişənin sülh yolu ilə ədalətli həllinə dəstək olan” dövlətlər gerçək simalarını ortaya qoyublar.
Separatizmi ayaqda tutan milyonlar
Vaxtilə işğalçını işğala məruz qalandan üstün tutan, Qarabağdakı separatçı rejim "rəhbərlərinin” ABŞ-yə səfərlərinə və ianələr toplamasına göz yuman Vaşinqton onların maliyyələşməsinə, dolayısı ilə separatizmin ayaq üstə durmasına dəstək olub. 1992-ci ildə Azərbaycana qarşı bədnam "907-ci düzəliş”in qəbulu, Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayrılması, separatçı rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması deyilənlərə əyani misaldır. Halbuki hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində bir milyona yaxın mina basdırılıb. Bunu vaxtilə Ermənistan silahlı birləşmələri, separatçı rejimin quldurları ediblər. Amma nədənsə ABŞ-nin bir vaxtlar separatçılara etdiyi məlum jesti özümüzə münasibətdə görmürük. Azərbaycan yenə öz gücünə arxalanaraq Qarabağın hər qarışını gözəgörünməz düşməndən təmizləyir.
Azərbaycana ögey münasibət
Xatırladaq ki, Ukraynanın Donbas, Gürcüstanın Abxaziya və Osetiya, Moldovanın Dnestryanı ərazilərindəki separatçılara münasibətdə ABŞ heç vaxt belə humanist davranmayıb. Qərb dövlətləri, xüsusən də ABŞ bu ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəkləyib, separatçılara qarşı sanksiyalar tətbiq edib. Nədənsə eyni yanaşma Azərbaycana münasibətdə özünü göstərməyib. Təsəvvür edin, ABŞ ötən 30 illik dövrdə işğal faktına görə bir dəfə də olsun Ermənistanı, bu ölkənin siyasi hakimiyyətini qınamayıb, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası istiqamətində hər hansı addım atmayıb. Halbuki bu qətnamələrin qəbuluna səs verən bir ölkə kimi onun icrasını da işğalçı dövlətdən tələb edə bilərdi. Nəticə isə məlumdur. İşğal faktı ortadan qalxdıqdan sonra azad edilən ərazilərdəki vandalizm aktını bütün dünya gördü. Azərbaycanın bir milyondan artıq qaçqın və köçkününün pozulan hüquqları, ölkəmizə milyardlarla dollar həcmində vurulan zərər, minlərlə günahsız soydaşımızın erməni terrorunun qurbanına çevrilməsində birbaşa məsuliyyət daşıyan ölkələrdən biri də məhz ABŞ-dir.
Konqres qarşısında heç bir öhdəliyimiz yoxdur
Konqresdəki dinləmələrə gəlincə, Azərbaycanın ABŞ, onun Konqresi qarşısında hər hansı öhdəliyi yoxdur. Azərbaycan güclü iqtisadiyyata sahibdir və heç bir ölkənin maliyyə yardımına ehtiyac duymur. Belə reallıq fonunda Paris və Vaşinqton Azərbaycanla təzyiq dilində danışmağın qeyri-mümkünlüyünü dərk etməlidirlər. Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada bu ölkələr də olmayacaqlar. Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, 2001-ci ildə 11 sentyabr hücumlarından sonra məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. Münasibətlər birtərəfli ola bilməz.
Azərbaycan xalqı uzun illər bu riyakarlığı görüb və heç vaxt unutmayacaq. Azərbaycana diktə etmək istəyənlərə yeri göstəriləcək. ("Kaspi" qəzeti)
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar