MƏKTƏBDƏN BAŞLANAN YOL...

Tarix: 27-01-2020, 11:45 / Oxunub: 3116

 

 

Məktəb bizə bacarıq, bilik, təhsil verir. Yeniliklər öyrədir. Günü-gündən bizim biliyimiz daha da artır. Bu bilikləri bizə öyrədənlər isə müəllimlərimizdir. Biz onlar sahəsində irəliləyirik. Onlara nə qədər təşəkkür etsək də azdır... .

  ... Bu yolu bütün insanlar keçiblər və yenə keçirlər. Elə bir insan yoxdur ki, məktəbə getməsin, parta arxasında əyləşməsin və müəllimindən elm, öyüd-nəsihət almasın. Çünki bu özü bir ömür yoludu və bu ömür yolunu çoxları addımlamağa məcburdur. Neftçala rayonunda da zamanından və məkanından asılı olmayaraq, bütün dövrlərdə təhsilə, elmə və tədrisə böyük önəm verilib. Elə məhz bunun nəticəsidir ki, rayonun müxtəlif orta məktəblərini bitirən məzunların çoxu ali məktəb tələbəsi adını qazanıb...

Neftçala rayon, Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam ortа məktəbin fəaliyyəti haqqında oxucuları tanış etmək istəyirik. Sözügedən təhsil müəssisəsinin direktoru Ələkbərova Hüsniyyə Heydərağa qızıdır. Onun işlədiyi təhsil ocağı nümunəvi məktəb kimi tanınıb və Hüsniyyə xanım həm müəllimlərin, həm də şagirdlərin yaddaşında bacarıqlı, tələbkar və xeyirxah bir ziyalı kimi qalıb.

Hüsniyyə müəllimə ilə söhbət zamanı öyrəndik ki, rayonda məktəblərdə yaradılmış yüksək nizam-intizam onu deməyə əsas verir ki, bu təhsil ocaqlarında savadlı, əxlaqlı şagirdlər yetişdirməklə yanaşı, vətənpərvər, millətini və xalqını sevən insanlar da hazırlanır. Deməli, biz pedaqoqların, müəllimlərin üzərinə böyük məsuliyyət hissi düşür. Bir qayda olaraq, müsabiqələrdə, olimpiadalarda qalib adını qazanan şagirdlər rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılırlar.

“qaynar-xett.az” olaraq Neftçala rayon, Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbin direktoru Hüsniyyə müəllimə başda olmaqla bütün müəllim və şagird heyətinə uğurlar diləyərək, səmimi duyğularımızı bildiririk!

 

Zaur Əhmədov



Axtarış
Xəbər lenti
Reklam