Sakinlərin etimadını qazanan dəyərli şəxsiyyət Fərrux müəllim

Tarix: 13-02-2020, 13:00 / Oxunub: 346

Sakinlərin etimadını qazanan dəyərli şəxsiyyət Fərrux müəllim

 

 

 

Xızı rayon YAP-ın sədri, eyni zamanda Xızı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Fərrux müəllim Suvarma Sistemləri İdarəsinin inzibati binasında vaxtaşırı rayon sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyir. Müraciətlərə əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün boru xətlərinin çəkilməsi, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələlərlə yaxından maraqlanıb, həlli istiqamətində göstərişlərini verir.


Hər bir vətəndaşı fərdi qəbul edən Fərrux müəllim müraciətləri dinlədikdən sonra insanları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verir. Əksər hallarda qaldırılan məsələlərin bir qismi elə yerində həll edilir. Araşdırılmaya ehtiyacı olan mövzular isə Fərrux müəllimin kadrları tərəfindən qeydiyyata alınır və onların həlli üçün konkret tapşırıqlar verilir. ASC-nin səlahiyyətlərinə aid olmayan müraciətlər də müvafiq aidiyyəti orqanlara çatdırmaq üçün nəzarətə götürülür.

Belə mütəmadi görüşlərdə iştirak edən sakinlər də öz nəvbəsində, onların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat şəraitə, göstərilən diqqət və qayğıya görə Xızı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Fərrux müəllim minnətdarlıqlarını bildirirlər.

Biz də öz növbəmizdə Fərrux müəllimə çətin və ləyaqətli işində uğurlar diləyirik! 

 

Zaur Əhmədov

 



Axtarış
Xəbər lenti
Reklam