Neft 24 dollara düşdü

Tarix: 19-03-2020, 09:40 / Oxunub: 39

Neft 24 dollara düşdü

 

Səudiyyə Ərəbistanının neft bazarına müdaxiləsi kəskin qiymət dəyişiminə səbəb olub. Bu təbii sərvət dayanmadan dəyər itirir.
Bizimyol.info xəbər verir ki, "Brent” markalı neftin bir barelinin qiyməti 24 dollara düşüb. Halbuki günün əvvəlində 28 göstəricisi qeydə alınmışdı.


Neft axırıncı dəfə 2002-ci ildə belə aşağı dəyərə sahib olmuşdu.
Neftin qiyməti martın 6-da Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatla bağlı ortaq məxrəcə gələ bilməməsindən sonra düşməyə başlamışdı. Ərəblər görüşdən dərhal sonra hasilatı artırmaq qərarı vermişdi. Mart üçün gündəlik 9,7 milyon barel limiti müəyyənləşdirilib. Səudiyyə Ərəbistanı apreldə hasilatı 13 milyon barelə qaldıracağını açıqlayıb.



Axtarış
Xəbər lenti
Reklam