Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN!

Tarix: 24-03-2020, 11:05 / Oxunub: 34

Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN!

 

Xəbər verdiyimiz kimi, Türkiyədə son məlumatlara görə, yeni növ koronavirusdan ölənlərin sayı 37 nəfərə çatıb.

Qaynar-xett.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son 24 saatda ölkədə koronavirusa görə test edilən 3 min 672 insanın nəticəsinin məlum olduğunu, 293 yeni yoluxma halı qeydə alındığını deyib.

Nazir xüsusilə gənclərə müraciət edərək onların epidemiyadan sığortalanmadıqlarını bildirib:

"Sosial həyatınıza məhdudiyyət qoyun, riski evinizə daşımayın".

Qeyd edək ki, hazırda Türkiyədə 1529 nəfər yeni növ virusa yoluxub.

Xatırladaq ki, dünya üzrə virusa yoluxanların sayı 381 min 598, ölənlərin sayı 16 min 557-yə çatıb.



Axtarış
Xəbər lenti
Reklam