Bu ölkədə olan Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Tarix: 25-03-2020, 21:02 / Oxunub: 33

Bu ölkədə olan Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

 

LOT Polşa Hava Yolları tərəfindən Varşava-Bakı istiqaməti üzrə təşkil ediləcək ödənişli reys ilə Azərbaycana gedəcək ölkə vətəndaşları ilə “LOT Contact Center”dən birbaşa əlaqə saxlanılacaq.

Bu barədə Azərbaycanın Polşadakı səfirliyi məlumat yayıb.

Səfirlik vətəndaşlara xəbərdarlıq edib ki, telefon və elektron poçt ünvanlarını mütəmadi yoxlasınlar:

“26 mart 12:00-dək sizinlə əlaqə saxlanılmadığı təqdirdə, səfirliyin qaynar xəttinə (+48 698 091 371) zəng edib, bu barədə bizə məlumat verin”. 

Qeyd edək ki, yaxın günlərdə LOT Polşa Hava Yolları tərəfindən Varşava-Bakı istiqaməti üzrə reysin təşkili nəzərdə tutulub.



Axtarış
Xəbər lenti
Reklam