Füzuli Məmmədov: Koronavirusla mübarizə istiqamətində Tovuz rayonunda işlər davam etdirilir

Tarix: 24-04-2020, 10:34 / Oxunub: 3149
 

Füzuli Məmmədov: Koronavirusla mübarizə istiqamətində Tovuz rayonunda işlər davam etdirilir

 

 
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Füzuli Məmmədovdu.
 
Tovuz Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Füzuli Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
 
Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Tovuz Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Füzuli Məmmədov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanı. Füzuli Məmmədov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Füzuli müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Füzuli Məmmədov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Hər kəsə bəllidir ki, Tovuz Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Füzuli Məmmədov yaradıcı və qurucu şəxsdir,xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Füzuli, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki,  Tovuz Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Füzuli Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

 

Bizdə bu çətin və şərəfli Füzuli müəllim və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

 
Onuda qeyd etmək isdəyirəmki Tovuz rayonunda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri və karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir.

Rayon ərazisində aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış yerlərində, binaların giriş blokları və pilləkənlərində, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr gündə 2 dəfə olmaqla, gecə və səhər saatlarında xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur. Qeyd edək ki, dezinfeksiya işlərinin fasiləsiz həyata keçirilməsi üçün 100-dən çox canlı qüvvə və lazımi avadanlıq ayrılmışdır.
RİH tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, yaşı 65 və ondan yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağa nəzərə alınaraq 15 yaxın mobil qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 25 yaxın nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Bununla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış 15 mobil qrup əhali arasında maarifləndirmə - izahat işlərini davam etdirir. Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verirlər.
Ölkə ərazisində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə RPŞ tərəfindən də davam etdirilir. RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları izah olunur və yaşadıqları ünvanlara qayıtmaları tövsiyyə olunur.

Hal –hazırda rayon ərazisində COVİD-19-la əlaqədar vəziyyət stabildir və nəzarət yüksək səviyyədə davam etdirilir.




Axtarış
Xəbər lenti
Reklam