Dolu, güclü şimal-qərb küləyi və leysan - FAKTİKİ HAVA

Tarix: 22-05-2020, 23:44 / Oxunub: 310
Dolu, güclü şimal-qərb küləyi və leysan - FAKTİKİ HAVA
 
Azərbaycanın qərb bölgəsində əlverişsiz hava şəraiti müşahidə olunmaqdadır.  
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.  
Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb.  
Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib. 


Axtarış
Xəbər lenti
Reklam