Kürdəmir regional mədəniyyət idarəsinin imişli şəhər uşaq incəsənət məktəbinin direktoru rüşvət almanın yeni üsulu:

Tarix: 4-06-2020, 13:21 / Oxunub: 359
 
 

Kürdəmir regional mədəniyyət idarəsinin imişli şəhər uşaq incəsənət məktəbinin direktoru rüşvət almanın yeni üsulu:

 

 

"Qaynar-xett.az” xeber portalinin peşəkar kollektivi hər zaman bir-birindən maraqlı,rəngarəng və böyük oxucu diqqətini özünə cəlb edən məlumatları tərəddüd etmədən ictimaiyyətinin diqqətinə çatdırmağı özünə borc hesab etmişdir. Təbii ki, bu cür ağır missiyanı öz üzərinə götürən agentliyin şəffaf və dürüst fəaliyyəti zamanı bir sıra haqsızlıqlarla qarşılaşması qaçınılmaz olur. Amma necə deyərlər: "mübarizə qurban tələb edir”. Bu yolda qarşımıza çıxan bütün maniələri xalq və dövlət naminə aşmağa borcluyuq. Müdriklərimiz gözəl buyurmuş: "yüz acını ye bir şirinin xatirinə”.

Dəyərli "Qaynar-xett.az” xeber portalinin izləyiciləri ! Bu gün diqqətinizə çatdıracağımız məlumatlar düşünürük ki,hər birinizi təəccübləndirəcək. Artıq bir neçə gündür ki, "Qaynar-xett.az”ın Kürdəmir regional mədəniyyət idarəsinin imişli şəhər uşaq incəsənət məktəbində baş verən hadisələrlə bağlı yaydığı məlumatlar bir çox dövlət qurumlarının diqqətini özünə cəlb etmişdir. Əlbəttə ki, Kürdəmir regional mədəniyyət idarəsinin imişli şəhər uşaq incəsənət məktəbində baş verən "analoji” hadisələr bizim də diqqətimizdən kənarda qalmayıb. Belə ki, ardı-arası kəsilmədən redaksiyamıza daxil olan müxtəlif məzmunlu məlumatlarda məktəbinin direktoru Vasif Nağıyevin qara əməlləri barədə dəhşətli iddialar qeyd olunmuşdur.
Məlumdur ki,ölkənin bəzi dövlət qurumlarının daxilində ardıcıl əməliyyatlar həyata keçirilib. Keçirilən əməliyyatlar zamanı,vəzifə səlahiyyətlərindən sui-istifadə edən bir neçə yüksək ranqlı məmurlar,elə iş yerindən də bir başa həbsə göndərilmişdir. Təbii ki,silsilə xarakterli yoxlamalar və həbslər hələ də davam etdirilməkdədir. Maraqlıdır,bəs görəsən Kürdəmir regional mədəniyyət idarəsinin imişli şəhər uşaq incəsənət məktəbinin direktoru Vasif Nağıyev ölkədə baş verən məmur həbslərindən bu qədərmi xəbərsizdir?

Amma gedişata baxdıqda məlum olur ki,iş otaqlarında rüşvət alarkən görüntüləri əks olunan icra başçılarından fərqli olaraq, Kürdəmir regional mədəniyyət idarəsinin imişli şəhər uşaq incəsənət məktəbinin direktoru Vasif Nağıyev rüşvəti otaqda deyil,kənarda almağa üstünlük verir.

 

Qaynar-xett.az Qarşı terefin mövqeyni dinləməyə haziriğ


Ardi var




Axtarış
Xəbər lenti
Reklam