Bakıda tələbə qız İNTİHAR ETDİ

Tarix: 4-06-2020, 23:37 / Oxunub: 331

Bakıda tələbə qız İNTİHAR ETDİ

 

Bakıda intihar hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. \\Report



Axtarış
Xəbər lenti
Reklam