Gədəbəyin bəzi məktəblərində onlayn dərslər keçilmir

Tarix: 8-06-2020, 13:27 / Oxunub: 343
 

Gədəbəyin bəzi məktəblərində onlayn dərslər keçilmir

 

 

 

Təhsil prioritet sahədir, dövlət dəyərləri təhsilin əsas inkişafverici hədəfləridir. Lakin maddi maraq həcmində olan bir sıra neqativ hal təhsillə dövlət resurslarına kölgə salır. Bu istiqamətdə məmur özbaşınalığı da müəyyən rol oynayır. Və qanunun pozulduğu cəmiyyətdə həyat bu mənfi cəhətlərlə xarakterizə edir. Açığı, Gədəbəy rayon N.isgəndərov adına İnəkboğan kənd orta məktəbində də təhsil məsələləri bir maraq səddini aşa bilmir. Deyilənə görə, məktəbin direktoru Telman müəllimin təhsil marağı inkişafdan çox, şəxsi münasibətə xidmət edir. Elə rayon təhsil şöbəsinin müdiri Murad müəllimin də təhsil maraqları bu çevrədə bir oxşarlıq yaradır. Mövcud karantin qaydaları ilə bağlı tədris müddətində onlayan dərslərin keçirilməsi az qala bütün məktəblərin başlıca işi olduğu halda, adıçəkilən məktəb onlayn dərslərdən yayınır, şagirdlərin bilik və bacarıqlarına biganəlik yaranır. Bu hal ancaq bəzi valideynləri narahat edir, deyilənə görə, bu, Telman müəllimin heç tükünü də tərpətmir. Yəqin, düşünür ki, şagirddir də, nə vaxt karantin bitər, o zaman da təhsil alar. Zənnimizcə, onun tədris işinə biganəliyi, onlayan dərslərə yad münasibəti bütövlükdə, bütöv Azərbaycan dəyərlərinə, cənab prezidentin təhsil islahatlarına ziddi

Gədəbəyin bəzi məktəblərində onlayn dərslər keçilmir

 




Axtarış
Xəbər lenti
Reklam