Sərt karantin dövründə nə qədər sürücü cərimələnib?

Tarix: 15-06-2020, 16:14 / Oxunub: 335

Sərt karantin dövründə nə qədər sürücü cərimələnib?

 

Sərt karantin rejiminin təqdbiq edildiyi ərazilərdə bu gün saat 15:00-a olan məlumata görə 400-ə yaxın şəxs cərimələnib.
 Bakupost.az xəbər verir ki, bunu ATV kanalının efirində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Əliyev deyib.
Onun sözlərinə görə, vəziyyəti qənaətbəxş adlandırmaq olar. Havanın temperaturunun da çox yüksək olması buna təsir edən amillərdəndir. Belə ki, çox adam bu havada evdən çıxmamağa üstünlük verir. "Hərəkət intensivliyi olduqca aşağıdır. Yollarda rast gəlinənlər isə fəaliyyətinə icazə verilən və ya hüquq-mühafizə orqanlarına məxsus nəqliyyat vasitələridir".
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında gücləndirilmiş karantin rejimi tədbiq edilir. Bu gün karantin rejiminin sonuncu günüdür.

Axtarış
Xəbər lenti
Reklam