Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı

Tarix: 24-06-2020, 13:55 / Oxunub: 35
 

Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı

 

Pekində yayılan yeni koronavirus Çin hökumətinin nəzarətindədir.

"South China Morning Post”un məlumatına görə, bu barədə Çin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin direktor müavini Fenq Tzıntsian bildirib.

O, yeni yoluxmanın tezliklə sona çatacağı proqnozunu verib.

 

Qurumun nümayəndəsi bildirib ki, "Sinfadi” topdansatış bazarından başlayan yeni yoluxmaların qarşısı tam alınıb.

"Pekində xəstəlik çox erkən aşkarlanıb. Sərt nəzarət tədbirləri xəstəliyin yayılmasının qarşısını aldı”, - deyə o vurğulayıb.

Ümumiyyətlə, yeni infeksiyanın aşağı yoluxma qabiliyyətinə sahib olduğu bildirilib.

Xatırladaq ki, iyunun 11-də - 56 gündən sonra ilk dəfə Pekində koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Yoxlama zamanı xəstəliyin mənbəyi "Sinfadi” bazarında tapılıb. Ertəsi gün Çin Ət Araşdırma Mərkəzində iki işçidə COVID-19 aşkarlanıb.




Axtarış
Xəbər lenti
Reklam