Messi 700-cü qolunu vurub, "Barselona" yenə xal itirib

Tarix: 1-07-2020, 09:31 / Oxunub: 34

Messi 700-cü qolunu vurub, "Barselona" yenə xal itirib

 



İspaniya La Liqasında XXXIII tur start götürüb.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması ilk gündə baş tutub.

Çempionluq uğrunda mübarizə aparan "Barselona" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Atletiko"nu qəbul edib. 3 penaltinin təyin olunduğu və kataloniyalıların kapitanı Lionel Messinin karyerasında 700-cü qolu vurduğu görüş qollu bərabərliklə yekunlaşıb. Bununla "Barselona" ardıcıl ikinci matçda xal itirib.
Təhlükəli zonada qərarlaşan "Malyorka" turnir cədvəlindəki qonşusu "Selta" ilə üz-üzə gəlib. Ötən turda "Barselona"nı büdrədən Viqo təmsilçisi səfərdə darmadağına məruz qalıb.

Elitada qalmaq şansı turdan-tura azalan "Leqanes" isə "Sevilya"ya doğma arenasında böyük hesabla yenilib.

Turun digər matçları 1-2 iyul tarixində keçiriləcək.

İspaniya La Liqası
XXXIII tur
30 iyun
"Malyorka" - "Selta" - 5:1
Budimir, 13 (pen.) 52; Kuço, 27; Pozo, 40; Sevilya, 60 - Aspas, 50 (pen.)
"Leqanes" - "Sevilya" - 0:3
Torres, 23, 35; Munir, 82
"Barselona" - "Atletiko" - 2:2
Dieqo Kosta, 11 (avtoqol); Messi, 50 (pen.) - Saul, 19 (pen.), 62 (pen.)


Axtarış
Xəbər lenti
Reklam