Əhmədzadənin Goranboya təyin etdiyi rəis pambıqçılıq sahələrini məhv edir-VİDEO

Tarix: 19-07-2020, 12:41 / Oxunub: 364
Əhmədzadənin Goranboya təyin etdiyi rəis pambıqçılıq sahələrini məhv edir-VİDEO
 
Ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan versə də torpaq fondunun 52,4 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir. Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Belə ki, yerüstü su ehtiyatlarının 70 faizi respublika hüdudları xaricində, 30 faizi isə ölkənin öz ərazisində formalaşır. Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. 
Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca böyükdür. Qeyd etmək lazımdır ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin  Goranboy Subartezian Quyularının İstismarıarəsinə İdarəsinə   təyin etmiş olduğu rəis Rauf Teyyubov sözün əsl mənasında su korrupsioneridir.Beləki, bu şəxs Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq sahələrinin suvarılmasında fermerləri dizüstə çökdürüb.Hər hektarın suvarılmasına görə 100 azn pul verməzsənsə məhsulun yanıb getməlidir.Bu su korrupsioneri haradan bilsin ki, pambıqçılıq sahəsi  əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir.Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Bildiyiniz kimi, dəfələrlə bizə ünvanlanan şikayətləri saytımızda işıqlandırmaqla vətəndaşlara əlimizdən gələn köməkliyi əsirgəməmişik. Belə şikayətlərdən biri də bu dəfə Goranboy rayonu Səmədabad kənd sakini fermer  İbrahimov İlham tərəfindən gəldi. Kənd sakini iddia edir ki, Prezidentin göstərişi ilə pambıq sahəsi əksə də, bu gün məhsulunu suvarmaq üçün əziyyət çəkir. Belə ki, o, aidiyyatı orqanlara dəfələrlə çoxsaylı  müraciətlər etsə də, onun bu çağrışına səs verən yoxdur.

Üç övlad sahibi olan İbrahimov İlham şikayətində onu da bildirdi ki, dəfələrlə Goranboy Rayon İcra Hakimiyyətinə,  Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubova müraciət etsəmdə heç bir köməklik edilməyib.Amma əslində qara qızın bir dərdi var, o da "pul”.

Bu gün məhsulunun susuzluqdan yanma təhlükəsi ilə üzləşən fermerin tək çarəsi ölkə rəhbəri cənab İlham Əliyevə müraciət etməkdir.

Mövzunu diqqətdə saxlayacağıq.

Daha ətraflı videosüjetdə:

 Seymur Məmmədov,

"aztv.news”

 
 


Axtarış
Xəbər lenti
Reklam