Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

Tarix: 23-07-2020, 17:56 / Oxunub: 348

    

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

 

Bu gün ölkəmizin iqtisadi cəhətdən inkişaf etdirilməsində, büdcə gəlirlərinin və ixracyönlü məhsulların həcminin artırılmasında, yerli sakinlərin işlə təmin olunmalarında, bir sözlə bu yöndə müəyyən addımların atılmasında əvəzsiz rolu olan sahələrdən biri də, məhz fındıqçılıq təsərrüfatıdır. Düzdür, bu sahənin inkişaf etdirilməsinə müxtəlif regionlarda müxtəlif yanaşmalar ortaya qoyulsa da, ölkəmizin şimal-qərb regionunda, yəni Qaxda, Zaqatalada, Şəkidə və Balakəndə fındıqçılıq təsərrüfatı sahəsinin inkişafına olduqca diqqət göstərilir. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda "AGA Group”a daxil olan "Monte Ferro” şirkəti ölkəmizin şimal-qərb bölgəsində bu yöndə fəaliyyəti ilə, məhz hər kəsin diqqətini xüsusi cəlb etməkdədir. Belə ki, şirkət bölgədə istifadə olunmayan, əkinçilk və bağçılıq üçün yararsız hesab olunan təqribən 2 000 hektara yaxın ərazidə yeni fındıq kolları əkib, 1000 hektar sahəni isə, texniki vasitələrlə iri çay daşlarından, kol-kosdan və digər tullantılardan təmizləyib. Məqsəd gələcəkdə həmin sahələrdə də, yeni fındıq kolları əkmək olacaq. Onu da qeyd edək ki, bugünə kimi əkin aparılan ərazilərdə üç, iki və birillik intensiv fındıq bağlarının salındığı qeyd olunur. Qaxın Güllük kəndində yeni salınacaq intensiv fındıq bağlarında əkilməsi nəzərdə tutulan  təqribən 500 min ədəd tinglər yetişdirilir və bu tinglərin əkin zamanı sahələrə köçürüləcəyi planlaşdırılır.

 

                          

 

 "Monte Ferro” şirkətinin  fəaliyyətində diqqəti daha çox cəlb edən halın varlığı, məhz meşə olmayan və istifadəsiz daşlı ərazilərin uzun müddətə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülməsi və müyəyyən vaxtdan sonra həmin sahələrin təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilməsi olur. Adicə bir faktı qeyd edək ki, bu şirkətə məxsus fındıq bağları müasir damcılı suvarma sistemi ilə tam təmin olunub və belə bir qayda ilk dəfədir ki, Azərbaycanda tətbiq olunur. Bundan əlavə, intensiv fındıq bağları üçün subartezian quyuları qazılıb, 5 ədəd hər biri 10 min kub metrlik su hovuzları inşa olunub, 10 ədəd artezian quyusu qazılıb, hətta quyuların və hovuzların hər zaman işlək vəziyyətə gətirilməsi üçün, elektrik təminatı da qaydaya salınıb. Şirkət bağsalma işlərinə il ərzində daimi və mövsümi olaraq kənd sakinlərini işə cəlb edir.

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

    

Onu da bildirək ki, "Monte Ferro” şirkətinin  təkcə Qax rayonunun Qaşqaçay kəndində 228 hektara yaxın, Güllük kəndində 124, Cəyair kəndində 100, Almalı kəndində 119, Zəyəm kəndində 40 və Əlibəyli kəndində 35, Şəki rayonunun Biləcik kəndində 450 ha və Bideyiz kəndində 520 hektara yaxın fındıq sahəsi var. Sahələrə fındıq kolları əkilərkən, ilk əvvəl kolların əkilməsi üçün planlaşdırılmış yer qazılır və ora yaxın-uzaq məsafədən gətirilmiş keyfiyyətli torpaq tökülür, az sonra isə, hər bir fındıq koluna ən yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Məsələnin düşündürücü və təqdirəlayiq tərəfi odur ki, şirkət indiyə kimi bu yöndə külli miqdarda vəsait xərcləyib, yeni-yeni fındıq sahələrini ərsəyə gətirib, daimi, günəmuzd, yaxud da mövsümə uyğun çalışan hər bir şəxsin vaxtlı-vaxtında, hətta deyə bilərik ki, saatbasaat  əmək haqqını ödəyib, amma bugünə kimi heç bir gəlir əldə etməyib. "Monte Ferro” şirkəti mövcud olduğu hər kənddə, rayonda gördüyü xeyirxah əməlləri ilə yerli sakinlərin  böyük hörmət və rəğbətini də qazana bilib. Məsələn, kənd məktəbinin təmiri, kənd kitabxanasına hədiyyə edilmiş yüzlərlə kitablar, təmir edilən və ya yeni inşa olunan dayanacaqlar, bərpa olunmuş Şəhidlər Xiyabanı,  çoxsaylı xəstələrə, xeyir və şər işləri olan ailələrə göstərilən köməklikləri və s. misal çəkmək olar.  

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

 

 Əldə etdiyimiz digər məlumatlara görə, "Monte Ferro” şirkəti 2022-ci ilə kimi istifadə olunacaq fındıq təsərrüfatı sahələrini 5 min hektara çatdırmağı planlaşdırıb. İnanırıq ki, bu şirkət lazımi iş görmək qabiliyyətinə malik olduğundan, məhz gələcəkdə yeni-yeni uğurlara da imza atacaq.

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

   

Ümumiyyətlə, adı çəkilən bu şirkətin fındıqçılıq təsərrüfatını inkişaf etdirməsi, birbaşa bölgənin işsiz əhalisinin işlə təmin olunmasına yollar açır. Yəni, işsiz olan şəxslər daim, günəmuzd və yaxud da mövsümi işlərə cəlb olunurlar ki, bu da onların dolanışığının təmin olunmasına olduqca təsir göstərir. Atılan addımların varlığı onu söyləməyə əsas verir ki, Qaxda və ətraf rayonlarda fındıqçılıq təsərrüfatının inkişaf etdirilməsi, birbaşa ölkə rəhbəri cənab İlham Əliyevin iqtisadi siyasətinə bəxş edilən ən böyük töhfələrdir. Sözsüz ki, bu cür fəaliyyət həm xalqımızın, həm dövlətimizin maraqlarına cavab verən addımlardır. Ona görə də, tam əksəriyyətdə belə bir fikir formalaşıb ki, "Monte Ferro” şirkətinin uğurlu fəaliyyəti, məhz bundan sonra da əldə edəcəyimiz hər bir uğura çox ciddi təsir göstərəcək.    

 

  Hazırladı:  Vüqar Əsədov

 

 

 

 

 



Axtarış
Xəbər lenti
Reklam