Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO

Tarix: 30-07-2020, 13:00 / Oxunub: 314

 

Bu gündən Həcc ziyarəti başlayıb - VİDEO

 

İslamın ən müqəddəs dini ayinlərini yerinə yetirmək üçün çərşənbə günü zəvvarlar Məkkəyə toplaşmağa başlayıb.

Koronavirus pandemiyasına görə bu il Həcc ziyarətinə çox az sayda insan qatılıb. Adətən Həcc ziyarəti zamanı İslamın bu müqəddəs yerinə iki milyondan çox insan toplaşardı. Lakin xaricdən gələnlərin Həcc ziyarətinə qadağa qoyulması zəvvarların sayını məhdudlaşdırıb.

Ziyarətə yalnız Səudiyyə vətəndaşları və bir neçə həftə əvvəl seçilmiş ölkədəki xarici vətəndaşlardan ibarət 1000 nəfərə icazə verilib.

Həccə gələn 20-50 yaşlar arasındakı zəvvarlar Məkkəyə getməzdən əvvəl COVID-19 testindən keçir və ziyarətə başlamazdan əvvəl onlardan mehmanxana otaqlarında karantində qalmaq tələb olunur.

Onlardan həmçinin beş günlük Həcc ziyarəti başa çatdıqdan sonra bir həftə ərzində karantində qalmaları tələb olunacaq.

Bizimlə əlaqə saxlayın



Axtarış
Xəbər lenti
Reklam