Hüseynov Ərşad Namət oğlunun jurnalistlərə təbriki - foto

Tarix: 30-07-2020, 12:06 / Oxunub: 349

 

 

 

 

Əziz oxucular!

 

Bildiyiniz kimi, bir neçə gün bundan qabaq Azərbaycanın şanlı səhifələrindən biri olan 22 iyul – Milli Mətbuat Günü qeyd olundu. Bu münasibətlə "qaynar-xett.az” redaksiya üzvlərinə həm informasiya xəbər portalımız, həm digər sosial şəbəkələrdən yüzlərlə təbrik gəlməkdədir. Bu təbrikləri zaman-zaman saytımızda işıqlandırmağı özümüzə borc bildik. Və bu silsilənin ardı olaraq bu gün sizə bizi təbrik edənlər sırasından Allahyarlı bələdiyyə sədri Hüseynov Ərşad Namət oğlunun ürək sözlərini olduğu kimi təqdim edirik:

"-Bu gün milli mətbuat 145 illiyini qeyd edir. Təməli Həsən bəy Zərdabinin "Əkinçi” qəzeti ilə qoyulan, daha sonra "Ziya” və "Kəşkül” qəzetləri ilə davam edən Azərbaycanın milli mətbuatı çox çətin inkişaf yolu keçmişdir.
XX əsrin 80-ci illərin II yarısından milli mətbuatımız azad və demokratik missiyanı, insan düşüncəsinə sayğı, operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısına çevrilməyə başladı.

Azərbaycan müstəqillik qazandıqdan sonra azad, müstəqil mətbuatın formalaşmasında Ulu Öndərimizin müstəsna xidmətləri oldu. Senzuranın aradan qaldırılması və milli mətbuatın Azərbaycanın ictimai – siyasi mühitində fəal rol oynamasında onun atmış olduğu addımlar özünün əhəmiyyətli bəhrələrini verdi. Sonrakı illərdə bu ənənəyə söykənən ölkə prezidenti İlham Əliyev mətbuat işçilərinə, jurnalistlərə diqqət və qayğını daha da artırdı. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması və hər il oraya dövlət vəsaitinin köçürülməsi, jurnalistlərə təmənnasız evlərin verilməsi, bu baxımdan xüsusi olaraq qeyd edilməlidir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, cəmiyyətimizin demokratikləşməsində söz və fikir azadlığının aparıcı amilə çevrilməsində mətbuatımızın əməyi danılmazdır.

Əminəm ki, bundan sonra da fəaliyyətinizlə ölkəmizdə demokratik proseslərin inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına, əhəmiyyətli töhvələr verəcəksiniz.
Gününüz mübarək, dəyərli jurnalistlər!”

Biz də öz növbəmizdə Ərşad müəllimə dərindən təşəkkür edib, onları qarşıdan gələn müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib, uğurlar diləyirik!

 

Zaur Əhmədov

 



Axtarış
Xəbər lenti
Reklam