Afiət Mikayılov ağacların qanunsuz yolla kəsilməsinə göz yumur – foto

Tarix: 8-08-2020, 12:00 / Oxunub: 351

Əziz oxucular!

aztv.news”-in elektron poçtuna son iki ay ərzində çoxsaylı şikayət məktubları daxil olub. Bu məktubların məzmunu Tovuz rayonu 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Afiət Mikayılovun vəzifəsindən sui-istifadə hallarına yol verməsindən ibarətdir. Belə ki, vətəndaşların iddialarına görə Afiət müəllim cavabdehliyində olduğu Tovuz rayonunun meşələrində qanunsuz yollarla ağac kəsilməsinə göz yumur.

Həvəskar çəkilişlə Tovuz meşələrinə yollandığımız zaman məktublardakı faktlar burada öz əksini tapdı.

"aztv.news” olaraq, meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər. Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik”.

Həmçinin, bizə ünvanlanan şikayət məktublarının bir nüsxəsini  Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti nə araşdırdırılması üçün yollayırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfi də dinləyib, mövqeyini dərc etməyə hazırıq.

Seymur Məmmədov,

"aztv.news



Axtarış
Xəbər lenti
Reklam