Qubada iqtisadi inkişafa nail olunub – foto

Tarix: 25-08-2020, 14:06 / Oxunub: 370

 

Qubada iqtisadi inkişafa nail olunub – foto

 

Ölkədə, xüsusilə də, Quba şəhərində görülən islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir. Bu gün Azərbaycandakı iqtisadi inkişaf, siyasi sabitlik Quba şəhərindən də yan keçməyib. Şəhərimizdə aparılan abadlıq-quruculuq işləri son illər daha da sürətləndirilib. Fermerlərə dövlət səviyyəsində dəstək verilib. Burada aqrar sektor nəzərəçarpacaq səviyyədə inkişaf edib. Quba şəhərinin ölkədəki inkişafda xüsusi payı var. Düşünürəm ki, yaxın gələcəkdə Quba Azərbaycanın ən inkişaf etmiş şəhəri olacaq. Bunun üçün potensial mövcuddur. Həm coğrafi mövqeyimiz, turizm üçün imkanlar, həm də əlverişli münbit torpaq sahəsinin bol olması Qubanın perspektivini yüksəldir.

Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi tellər mövcuddur. Quba əhalisi dədaim dövlətimizi keçiyindədurub. Quba gəncləri ölkədəki ictimai-siyasi, mədəni tədbirlərdə fəal iştirak edirlər. Şəhərimizdə kifayət qədər kadr potensialı var vəonlar müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu gün ölkədə əldə olunan uğurlarda qubalıların da payı var. Aparılan siyasət vətəndaşın inkişafına xidmət edir. Vətəndaşın inkişafı, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sonda Azərbaycanın dövlət olaraq güclənməsinə gətirib çıxaracaq.

Bu gün Qubada aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları icra başçısı Ziyəddin Əliyev tərəfindən uğurla yerinə yetirilir.

 

 

Qubada iqtisadi inkişafa nail olunub – foto

Əziz oxucular! 

 

Müstəqil Azərbaycan Respublikasında 1999-cu ilin dekabr ayından fəaliyyət göstərən bələdiyyələrin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin sosial, iqtisadi, ekoloji, hüquqi problemlərinin həllində yaxından iştirak edirlər.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bələdiyyələr haqqında 2004-cü ildə söylədiyi "Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir ki, keçirilir, müəyyən təcrübə var. Bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artacaq, onlar yerlərdə konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır, gələcəkdə inkişaf edəcəkdir” fikri bələdiyyələri ruhlandıraraq onların fəaliyyətinə təkan vermişdir.

Quba rayon Qırmızı qəsəbə bələdiyyəsi 2000-ci ildən fəaliyyət göstərir. Sözügedən dövlət müəssisəsinə Yadadayeva Yafo Ariilovna 2015-ci ildən sədrlik edir. Bələdiyyəyə rəhbərlik etdiyi 6 il müddətində rayonda xeyli sayda təmizli-abadlıq işləri görülüb. Hər il 20 yanvar, Novruz və Qurban bayramı kimi təqvim tarixlərində Quba rayon Qırmızı qəsəbə bələdiyyəsi tərəfindən 40 nəfər şəhid ailəsinə yardım edilib.

Ölkəmizdə hökm sürən, pandemiya, karantin dönəmində də bələdiyyə sədri Yadadayeva Yafo Ariilovna rayonda yaşayan həssas təbəqədən olan sakinlərə diqqət və qayğısını əsirgəməmişdir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu, maliyyələşməsi, onların əmlakı, torpaqları, əraziləri, bələdiyyə üzvlərinin səlahiyyətləri haqqında qanunları və digər normativ sənədləri rəhbər tutan Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsi fəaliyyət göstərdiyi illər ərzində rayonun iqtisadi, sosioloji, ekoloji problemlərinin həllində yaxından iştirak etmişdir.

Bələdiyyə vergilərinin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin sosial, ekoloji, iqtisadi problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın bələdiyyənin balansına keçirilməsi və yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə yaxından iştirak edilməsi kimi məsələlər Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsi tərəfindən cari il üçün nəzərdə tutulan işlərin tərkib hissəsidir.

 

P.S. Yuxarıda sadaladığımız göstəriciləri nəzərə alaraq Yadadayeva Yafo Ariilovnanı "aztv.news”, "aja-az-info”, "qaynar-xett.az” informasiya portallarının dostu mükafatı ilə təltif edirik.

 

 

"Aztv.news”

Seymur Məmmədov



Axtarış
Xəbər lenti
Reklam