Həkimlik sənəti üçün yaranan Səkinə xanım – foto

Tarix: 24-08-2020, 16:48 / Oxunub: 350

"aztv.news”-in əməkdaşları Gəncə şəhərində ezamiyyədə olub. Bu zaman əməkdaşlarımız sözügedən şəhərin Abbas Səhhət adına Mərkəzi Xəstəxanasının Regional Preniatar Mərkəzinin şöbə müdiri  Cənnətova Səkinə xanım Aydın qızı ilə yaxından tanış olublar və ondan tibb müəssisəsinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşməsini xahiş ediblər.

Qısa tanışlıq: Həkim Cənnətova Səkinə xanım Aydın qızı 1977-ci ildə Azərbaycan Tibb Universitetinin "müalicə-profilaktika” fakültəsinə daxil olub, 1982-ci ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Həkimlik sənəti üçün yaranan Səkinə xanım işində göstərdiyi bir çox uğurlu nailiyyətlərə, səhiyyədə qazandığı rəğbətə görə 2002-ci ildən Gəncə kimi böyük şəhərin Abbas Səhhət adına Mərkəzi Xəstəxanasının Regional Preniatar Mərkəzinin şöbə müdiri vəzifəsində çalışır.

Səkinə həkimin söhbəti əsasında tibb müəssisənin fəaliyyəti ilə tanış olan əməkdaşlarımız onu da müşahidə ediblər ki, sözügedən xəstəxanaya müalicə üçün  üz tutan bütün pasiyentlər buradan xoş əhvalla ayrılır.

Belə ki, burda çalışan tibb personalı olduqca mehriban, həlim xasiyyətli, xoşrəftarlıdırlar. Bu da burda çalışan həkimlərin ayrı-ayrılıqda peşəkarlığından irəli gəlir. Axı, həkim xəstəni təkcə dərmanla deyil, ən əvvəl özünün ünsiyyəti ilə müalicə edir.

Yaşından asılı olmayaraq bura şəfa üçün gələn hər kəsə qapı açıqdır.

Başda Cənnətova Səkinə həkim olmaqla, bütün Regional Preniatar Mərkəzinin həkim heyətinə işlərində uğurlar diləyirik.

 

"aztv.news”,

Seymur Məmmədov



Axtarış
Xəbər lenti
Reklam