Başçı peşəkar olarsa, orda göstəricilər də yüksək olar – fotolar

Tarix: 25-08-2020, 12:49 / Oxunub: 353

 

 

Lənkəran şəhərində vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Taleh Qaraşov vəzifəsini bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Hazırda şəhərə rəhbərlik edən icra başçısı Taleh Qaraşovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

Lənkəran rayon İcra Hakimiyyəti Başçısı cənab Taleh Qaraşovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lənkəranın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan ünvanlanan məktublarda Lənkəran RİH-nin başçısı Taleh Qaraşovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Lənkəranda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları yeni təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.

 

 

Başçı peşəkar olarsa, orda göstəricilər də yüksək olar – fotolar

 

Əziz oxucular!

Bu yazımızda sizləri həm də Lənkəran rayonu Kərgəlan kəndi üzrə icra nümayəndəsi Nəzakət Oruc qızı Heydərovanın fəaliyyəti ilə tanış etmək fikrindəyəm.

Nəzakət müəllimə Lənkəran rayonu Kərgəlan kəndi üzrə icra nümayəndəsidir.

1958-ci il yanvarın 9-da Lənkəran şəhərində anadan olmuşdur. 1965-77-ci illərdə şəhər 5 saylı orta məktəbində təhsil almış, 1976-77-ci illərdə Lənkəran Şəhər müəllimlər evində təlimatçı-tərbiyəçi işləmişdir. 1977-79-cu illərdə Lənkəran sovxoz-texnikumunda mühasib ixtisasına yiyələnmişdir. Təsərrüfatda çalışdığı illərdə mühasib, kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993-97-ci illərdə qiyabi yolla ali pedaqoji təhsil almışdır.

1996-ci ildə "Babək"adlı kəndli-fermer təsərrüfatını yaratmışdır. 1998-ci ildə Azərbaycanın Müstəqil Qadınlar Qurultayının nümayəndəsi seçilmişdir. İctimai işlərdə fəal iştirak etmişdir. YAP-nın Ərazi Qadınlar Şurasının sədridir. Kəndin giriş hissəsində Kərgəlanın şəhid oğlanlarının xatirəsinə ehtiram əlaməti olaraq xatirə kompleksinin təşkilində fəal iştirak etmişdir.

Nəzakət xanım çox işgüzar insandır. Səmimi, mehriban və vətənpərvər bir anadır. Əhali ilə daim sıx əlaqədədir. İmkan daxilində onların problemlərinin həllinə çalışır. Kənddə çoxlu abadlıq işləri görmüşdür. Onun işguzarlığı sayəsində kəndimiz gözəlləşir, çiçəklənir. Nəzakət müəllimin bildirdiyinə görə bu yaxınlarda kəndin məktəb yoluna asvalt döşənəcək.

Nəzakət xanım imanlı qadındır. O, müqəddəs Həcc ziyarətində olub. Allah qəbul etsin. Hacı xanıma can sağlığı və işlərində uğurlar arzulayırıq.

P.S. Yuxarıda sadaladığımız göstəriciləri nəzərə alaraq Hacı Nəzakət xanım Heydərovanı

"aztv.news”, "aja-az-info”, "qaynar-xett.az” informasiya portallarının dostu mükafatı ilə təltif edirik.

 

 

 

"aztv.news”

Seymur Məmmədov



Axtarış
Xəbər lenti
Reklam