Dövlətə və dövlətçiliyin xidmətində dayanan başçı - foto

Tarix: 26-08-2020, 11:19 / Oxunub: 343

 

Dövlətə və dövlətçiliyin xidmətində dayanan başçı - foto

 

Cabbarov Siraqəddin Nəcəf oğlu -15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır.

28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində, 25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.

Ölkəmizdə davam edən pandemiya şəraitində cənab başçı Siraqəddin Cabbarov önəmli toplantıları onlayn müşavirə formasında keçirir. Həmin müşavirədə Sabirabad rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edir.

Müşavirəni giriş sözü ilə açan rayon İçra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilk öncə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırır, bu sahədə əhali arasında ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayır.

İcra başçısı həmçinin taxıl biçininin, pambıq əkinlərinin aqrotexniki qaydada keçirilməsi və becərilməsinin nümunəvi təşkili qarşıda duran vacib vəzifələri izah edərək baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışır. O, bir sira ərazi vahidliklərində gördüyü işə laqeyd münasibətdə olan icra nümayəndələrini ciddi tənqid etməkdən də çəkinmir.

Siraqəddin Cabbarov ictimai işlərə cəlb olunmuş işçilərin işə davamiyyəti və bu sahəyə nəzarətin təşkili istiqamətində görülən işlərlə bilavasitə tanış olub, işin gedişatı ilə yaxından maraqlanır.

Onlayn müşavirədə rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri pandemiya dövründə və əkinçilik sahəsində görülmüş işlərlə bağlı hesabat verirlər.

Cənab başçı hər dəfə kadrlarına icra stukturları qarşısında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox mühüm və təxirəsalınmaz vəzifələr qoyulduğunu xüsusi vurğulayaraq, inzibati ərazi dairələri üzrə nümayəndələrin qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən işləri daha məsuliyyətlə və ardıcıllıqla yerinə yetirməyə çağırmış, vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağı bir vəzifə olaraq bildirir.

 

P.S. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tədbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən sosial yardıma ehtiyacı olan insanlara dəstək məqsədilə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 24.04.2020 -ci il tarixində 3 aztəminatlı ailəyə və 3 xüsusi qulluğa ehtiyac olan insanlara baş çəkmiş, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb.

"qaynar-xett.az” olaraq Siraqəddin Cabbarovun dövlətə və dövlətçiliyə xidmətini səmimiyyətlə dəstəkləyirik. Uğurlarınız bol olsun, cənab başçı!

 

Zaur Əhmədov,



Axtarış
Xəbər lenti
Reklam