"Heç Azərbaycandakı sevənlərimi Fədayəsiz qoyarammı?"

Tarix: 11-09-2020, 08:56 / Oxunub: 38
 
 


 

Xəbər verdiyimiz kimi müğənni Fədayə Laçın bir müddətdir ki, Moskvadadır. Müğənninin hətta birdəfəlik olaraq Rusiyada yaşamağa qərar verdiyi bildirilir.

Fədayə Laçın açıqlamasında bu məsələlərə aydınlıq gətirib və mart ayından Moskvada yaşadığını bildirib:

"Mənim Moskvada bu qədər qalmaq fikrim yox idi. Bura Novruz bayramı konsertinə gəlmişdim. Sonra yollar bağlandı və burda qalmalı oldum. Karantin olduğuna görə hamı kimi mənim də çətinliklərim oldu. Sonra karantin bitdi, iş yerləri açıldı, toylara icazə verildi. Bir sözlə, hər şey qaydasına düşdü. Təbii ki, mən də toylara dəvət aldım. Millətimiz sağ olsun, burda məni çox böyük hörmətlə qarşıladılar. Mən deyərdim ki, bütün azərbaycanlılar mənə dəstək oldular”.

Müğənni bir müddət Moskvada yaşayıb sənətini davam etdirəcəyini, amma sonra vətənə qayıdacağını bildirib:

"Hələlik fikrim budur ki, Moskvada qalıb sənətimi burda davam etdirim. Amma bu müvəqqətidir. Yollar açılsın, Allahın izni ilə Azərbaycanda da hər şey qadasına düşsün əlbəttə, gələcəm. Heç Azərbaycandakı sevənlərimi Fədayəsiz qoyarammı? Amma hələ ki, burdayam və hər şey yaxşıdır. Çox şükür”.


Axtarış
Xəbər lenti
Reklam