Əli Məsimlinin təşəbbüsü ilə onlayn dinləmə təşkil edildi

Tarix: 11-09-2020, 15:00 / Oxunub: 312
 
 


 

Cari ilin sentyabr ayının 9-da Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin təşəbbüsü ilə " Azərbaycanda ipəkçiliyin İnkişaf Perspektivləri” adlı onlayn dinləmə təşkil edilmişdir.

Dinləmələrdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri cənab Tahir Rzayev, deputatlar – cənab Məşhur Məmmədov, cənab Vüqar Bayramov, xanım Kamilə Əliyeva, Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri cənab Məhəmməd Bazıqov, İqtisadi və sosial qanunvericilik şöbəsinin müdir müavini cənab Rövşən Muradov, İqtisadi və sosial qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri cənab Nadir Sultanov, Kənd Təsərrüfatı Nazrliyinin Aqrar Elm və İnnovasiya İnstitutunun direktoru cənab İmran Çümşüdov, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinqi şöbəsinin müdiri xanım Esmira Lətifova, Şəki Dövlət Aqrar İnkişam Mərkəzinin direktoru cənab Mehman Yusubov, Şəki Dövlət Aqrar İnkişam Mərkəzinin direktor müavini cənab Nurəddin İbrahimov, Şəki şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi cənab Rafiq Məmmədov, Qax Damazlıq Stansiyasının müdiri cənab Əkrəm Fətəliyev, Özbəkistan Respublikasından biologiya elmləri doktoru, professor cənab Bəxtiyar Nəsrullayev, Heyvandarlıq İnstitutunun direktoru, dos. cənab Mahir Hacıyev, Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru baytarlıq üzrə fəlsəfə doktoru xanım Siyalə Rüstəmova, AMEA-nın Şəki Regional Elm Mərkəzinin Tut İpəkqurdunun Seleksiyası şöbəsinin müdiri, dos. cənab Qüdurət Bəkirov, Azərbaycan Dövlət Aqrar Universitetinin, baş müəllimi xanım Gülnar Bağırova iştirak etmişlər.

Onlayn dinləməni açıq elan edən Əli Məsimli tədbirin keçirilməsini aktual edən məqamlara aydınlıq gətirmişdir. Daha sonra Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri cənab Tahir Rzayev, Kənd Təsərrüfatı Nazrliyinin Aqrar Elm və İnnovasiya İnstitutunun direktoru cənab İmran Cümşüdov, Şəki şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi cənab Rafiq Məmmədov qısa məruzə ilə çıxış etmişlər. Məruzələr dinlənildikdən sonra tədbir iştirakçıları arasında geniş müzakirələr təşkil edilmişdir. Müzakirələrin yekunu olaraq meydana çıxan təkliflərin ümumiləşdirilərək əsaslandırılmış formada adiyatı qurumlara təqdim edilməsi haqqında qərar qəbul edilmişdir.





 

 


Axtarış
Xəbər lenti
Reklam