Dünyanın ən uzaq yeri:Puldan istifadə olunmayan bu adaya getmək üçün... + FOTO

Tarix: 12-09-2020, 11:18 / Oxunub: 36


 

Tristan da Kunya dünyanın ən uzaq insan məskənidir. Latın Amerikası və Afrikanın ortasında, Atlantik okeanının cənubunda yerləşən Tristan da Kunya pulun istifadə olunmadığı və insanların heyvandarlıqla məşğul olduğu bir adadır.

Tristan da Kunya dünyanın gedilməsi və yaşaması ən çətin yeri olaraq tanınır. Bura Atlantik okeanının ortasındakı tək adadır. Dünyadan geri qalan hissəsindən bu adaya çatmaq çox çətindi.

Tristan da Kunyanın Britaniya ilə əlaqələri var. Ancaq mənsub olduğu Britaniyadan minlərlə kilometr uzaq məsafədədir. Adaya ən yaxın yaşayış məntəqəsi Cənubi Afrikadakı Keyptaundur. Onlar arasındakı məsafə 2400 kilometrdir. Tristan da Kunya İngiltərənin paytaxtı Londondan 8600 kilometr uzaq məsafədədir.

Dünyanın ən uzaq adasında yalnız 300 nəfər yaşayır. Buradan dünyaya açılan yeganə qapı isə kiçik limanıdır. Adanın ən diqqət çəkən cəhətlərindən biri də odur ki, burada puldan istifadə edilmir. Əkinçilik və heyvandarlıq ilə məşğul olan ada sakinlərinin pula ehtiyacı yoxdur. Tristan da Kunyada insanlar da ehtiyaclarını əsrlər əvvəl olduğu kimi barter yolu ilə qarşılayır. (lent.az)

 



Axtarış
Xəbər lenti
Reklam