Siyavuş Novruzov iclas keçirməyə hazırlaşır

Tarix: 12-09-2020, 13:32 / Oxunub: 36
 
 


 

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək.

İclasın gündəliyinə iki məsələ daxildir. Deputatlar komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı dinləyəcəklər.

Həmçinin Regional məsələlər komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.


Axtarış
Xəbər lenti
Reklam