AHİK rəhbərliyinə qarşı qarayaxma kampaniyası uğursuzluğa məhkumdur

Tarix: 12-09-2020, 19:03 / Oxunub: 311
 
AHİK rəhbərliyinə qarşı qarayaxma kampaniyası uğursuzluğa məhkumdur


Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasında maliyyə vəsaitlərinin toplanması və xərclənməsində guya şəffaflığın təmin olunmaması barədə bəzi yerli kütləvi informasiya vasitələrində dərc olunmuş şər-böhtan xarakterli yazılara münasibətimizin ifadəsi olaraq son günlərdə apardığımız obyektiv araşdırmaların nəticəsi kimi bu mövzuda artıq iki dəfə məqalə ilə çıxış etmişik. AİA.az-ın bu istiqamətdə əldə etdiyi ilk nəticə ondan ibarət oldu ki, həmkarlar təşkilatları üzvlərindən toplanan 1 faiz üzvlük haqqı tutulmalarının iddia edildiyi kimi heç də hamısının deyil, yalnız 12 faizinin AHİK-nın mərkəzi büdcəsinə daxil olduğunu öyrəndik. Qalan məbləğ isə həmin təşkilatların öz büdcələrində qalır ki, bu vəsait də müxtəlif yardımlara, imtiyazlı şəxslər üçün pulsuz sanatoriya göndərişlərinin alınmasına və digər məsrəflərə xərclənir.



Təkcə bu fakt irəli sürülən iddiaların Konfederasiya rəhbərliyinə qarşı yönəlmiş əsassız qarayaxma kampaniyası olduğunu isbat etməyə bəs edir. Lakin, biz bununla kifayətlənməyib AHİK büdcəsindəki vəsaitlərin necə xərclənməsi barədə də oxucuların təsəvvürlərini dəqiqləşdirməyə qərar verdik. Bu mövzuda qələmə aldığımız ötən məqalədə AHİK-nin tabeçiliyində olan "Kurort” Qapalı Səhmdar Cəmiyyətinin balansındakı "Bilgəh” kardioloji sanatoriyasında görülən işlər haqqında material dərc etmişdik. Bu dəfə isə əməkdaşlarımız "Şıx” sanatoriyasında olublar və müşahidə etdiklərini qeydə alıblar.



Dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən "Şıx” dənizkənarı balneoloji kurortu paytaxt Bakı şəhərindən cəmi 10 km aralıda, Bibi-Heybət qəsəbəsində yerləşir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş bu kurortu Bakılıların ən sevimli istirahət guşəsinə çevirib. "Şıx” çimərliklərində dəniz suyunun hərarəti may ayında 19oC, avqustda – 27oC, oktyabrda isə 18,5oC təşkil edir. Təpə və kempinq əraziləri ilə əhatə olunmuş kurort qəsəbəsi ölkənin hər bir tərəfindən ziyarətçiləri özünə cəlb edir. Minlərlə insan "Şıx”-da sağlamlığını bərpa edir, dincəlir və qüvvət yığır.



Müalicə və iqlim amillərinin kombinasiyası və eləcə də həkim göstərişinə əsasən tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannalarının qəbulu "Şıx” sanatoriyasını dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir. Müalicəvi hava, günəş və gün vannaları, eləcə də qocaman Xəzər dənizi burada istirahət edənlərin yaddaşında əsla silinməyəcək izlər buraxır.



"Şıx”-ı seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, kölgəli xiyabanlar və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.



Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Bundan əlavə, pasiyentlər bir sıra sağlamlaşdırıcı tədbirlərdən keçirlər.



Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir. Kurorta üz tutan pasiyentlər tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannaları qəbul etmək şansına malikdir. Həmin mineral su yer səthinə 2000 m dərinlikdən çıxır. Suyun istiliyi 60-70 dərəcə təşkil edir.



Bununla bərabər, sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.



Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur.



Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarını təklif edən komfortlu yeməkxana xidmət göstərməkdədir. Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Şübhəsiz, bütün bunlar əhvalın yaxşılaşmasına yardımçı olur, müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxi isə iştahanı daha da gücləndirir.



Onu da qeyd etmək lazımdır ki, sanatoriya daxilində müalicə qeyri-monoton şəkildə həyata keçirilir. Prosedurlar müxtəlif ekskursiyalar, istirahət, musiqi dərsləri və əyləncəli oyunlar ilə növbələşir. Burada keçirilən günlərdən hər biri olduqca maraqlı tədbirlər ilə yaddaşda qalır: uşaq ikən xəyallarımızda qurduğumuz və rəvayətlərdə eşitdiklərimiz qədim qala divarları, qızğın döyüşlərə şahidlik etmiş əzəmətli qəsrlər, göylərə ucalmış minarələr, əfsanəvi Qız qalası, dünyanın ən gözəl dənizkənarı bulvarlarından biri sayılan Bakı bulvarı və neçə-neçə tarixi memarlıq abidəsi müsafirlərin yolunu gözləyir.
Sanatoriyanın internet saytında burada müalicə olunan və nəticələri təcrübəli həkimlər təırəfindən müşahidə olunan xəstəliklər barədə, putyovkaların qiymətləri, imtiyazlı şəxslərin putyovka almaq üçün hansı orqanlara müraciət etmələri haqda maarifləndirici informasiyalar yerləşdirilib.



Sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Tam təchiz olunmuş bir və ikinəfərlik otaqlar ziyarətçilərin xidmətindədir. Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannalar və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kafe və çayxana fəaliyyətdədir. Sanatoriyada həmçinin müxtəlif məişət xidmətləri göstərilir. Yerləşmə baxımından sanatoriya 100 çarpayı və hər cür şəraitli 34 ədəd bir və 34 ədəd ikinəfərlik nömrələrə malikdir.



"Şıx” sanatoriyasının sadalanan komfortlu sektorlarının, inventar və avadanlıqlarının təmiri, müasirləşdirilməsi məhz AHİK-nın büdcə vəsaiti hesabına maliyyələşdirilərək həyata keçirilir. Görülən işlərin gerçək miqyasını dəqiqləşdirmək üçün digər analoji müəssisələrdən də reportajlar hazırlamaqda davam edəcəyik.









Elbrus Bağırov
AİA.Az


Axtarış
Xəbər lenti
Reklam